“Le Monde diplomatique”: “ABŞ Çinin inkişafının qarşısını almağa çalışır”
Tarix: 17.06.2015 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


“ABŞ yenidən Yaxın Şərqdən, yaxud Venesueladan enerji asılılığına düşə bilər”

Fransanın "Le Monde diplomatique" media qurumu ABŞ-ın dünyada yeni neft geopolitikası barəsində maraqlı yazı yazı yazıb. Yazıda yeni neft geopolitikasının hansı kontekstə əsaslanmasına cavab axtarılır: “Hegemon ABŞ hesab edir ki, ortamüddətli perspektivdə - 21-ci əsrin ikinci yarısında onlara rəqib olacaq və onlarla dünya hegemonluğu üstə bəhsə girəcək yeganə dövlət Çindir. Bununla bağlı olaraq, Vaşinqton 2000-ci illərin əvvəllərindən sirli bir şəkildə Pekinlə etimadsızlıq mövqeyində münasibətlər qurmaq strategiyası üzərində işləyir.
Bu parametri əsas kriteriya kimi götürən Barak Obama ABŞ-ın xarici siyasət oriyentasiyasını dəyişmək qərarına gəlib. Vaşinqton yenidən soyuq müharibə dövrünün(1948-1989) alçaldıcı vəziyyətinə düşmək istəmir. Həmin vaxt Vaşinqton dünya liderliyini digər bir güclü dövlət – SSRİ ilə bölüşdürməyə məcbur olmuşdu. Obamanın məsləhətçiləri indi belə fikir irəli sürürlər: bir planet – bir superdövlət.
Vaşinqton Çinin gücünü artırmasının qarşısını almağa və Şərqi Asiyada hərbi bazalarını artırmağa mane olmağa çalışır.
Pekin isə artıq öz nüfuzunu dənizdə artırmaq məsələsində məhdudlaşma olduğunu qeyd edir. Bu baxımdan müxtəlif kiçik adalar ətrafında Cənubi Koreya, Yaponiya , Tayvan, Vyetnam və Filippinin iddia etməsi kimi konfliktlər məsələsi qeyd edilir. Həmçinin həmin ərazi sularında ABŞ-ın güclü yeddinci donanmasının olduğu bildirilir.
Paralel olaraq amerikan diplomatları Çinlə quru sərhədi olan bütün dövlətlərlə münasibətləri gücləndirirlər. Bu baxımdan təkcə Rusiya ilə münasibətlər istisna təşkil edir. Burada Vaşinqtonun xüsusilə, Vyetnam və Birma ilıə münasibətləri gücləndirdiyi qeyd edilir.
Ağ ev bu baxımdan strateji olaraq, üç ənənəvi sahədə fəaliyyət göstərir.
Birincisi hərbi sahədir: ABŞ müxtəlif münaqişələrə cəlb olunub, xüsusən də Əfqanıstanda taliblərə və İraq və Suriyada “İŞİD”ə qarşı münaqişələr qeyd edilə bilər.
İkincisi, diplomatik sahədir: amerikanlar İran İslam Respublikasının ideoloji ekspansiyasının qarşısını almağa və Tehranı nüvə enerjisini əldə etməkdən məhrum etməyə çalışırlar.
Üçüncüsü, ABŞ bir sıra ölkələr üçün “xilasedici mələk” rolunu oynamaqda iddialıdır. Amma regionlara ABŞ-ın hərbi müdaxiləsi( Fars körfəzində 1991-ci ildəki müharibədən sonrakı müdaxilə) ABŞ-ın dünyada gücünün hüdudlarını nümayiş etdirirdi. Belə ki, bu müharibələrin heç biri həmin regionlara xeyir gətirmədi. Bunlar həm də dünya maliyyə sistemində fəlakətli izlər buraxdı”.
Hazırda isə ABŞ özünə hesabat verir ki, qlobal miqyaslı iki müharibədə eyni vaxtda iştirak edə bilməz. Buna görə də ona seçim etmək lazım gəlir: ya bizi 19-cu əsrə atan Yaxın Şərq münaqişələrinin bataqlığında ilişməyə davam etmək, ya da Çinin qarşısının təxirəsalınmaz alınmasına diqqət cəlb etmək. Çünki Çinin inkişafı belə davam etsə, ortamüddətli perspektivdə ABŞ-ın dünya liderliyinin tənəzzülü ilə nəticələnmiş olacaq.
Obamanın seçimi açıq görünür: “O, diqqəti ikinci məsələyə yönəldib: Məhz Çinin inkişafının qarşısını almaq ABŞ üçün 21-ci əsrdə daha çox önəm kəsb edir.
Bu baxımdan ABŞ tədricən Yaxın Şərqdən geri çəkiləcək.
Buradan sual doğur: Nəyə görə soyuq müharibənin sonundan başlayaraq, Birləşmiş Ştatlar Yaxın Şərqin işlərinə aktiv müdaxilə etməyə başladı? Bunun bir cavabı var: neft.
40-cı illərin sonundan bu günə qədər ABŞ özünə neft təminatı formalaşdırıb. Neft bölgələrinə nəzarətin ələ keçirilməsi amerikan strateqləri üçün əsas məsələyə çevrilib.
Bu həm də Vaşinqton tərəfindən formalaşdırılan, Yaxın Şərqdə və Latın Amerikasında dövlət çevrilişləri diplomatiyasını aydınlaşdırmış olur.
Yaxın zamanlara qədər Vaşinqtonun Yaxın Şərq neftindən və qazından asılılığı ona regiondan çıxmaq imkanı əldə etməyə imkan vermirdi. Nə dəyişdi ki, ABŞ hazırda Yaxın Şərqi buraxmaq haqqında düşünür? 2000-ci illərin əvvəllərində frekinq metodu ilə əldə edilən şist qaz və neftin həcmi yetərincə artdı. Bu isə hər şeyi dəyişdi.
Bu yolla karbohidrogen ehtiyatlarını əldə etmə neftin qiymətinin yetərincə artmasına səbəb oldu. 2010-cu və 2013-cü illərdə neftin bir barelinin qiyməti, orta hesabla, 100 dollar oldu. Hazırda ABŞ enerji təminatını bərpa edib və dünyada vacib enerjidaşıyıcı ixracatçısına çevrilir.
Buna görə də onun Yaxın Şərqi tərk etmək imkanı var.
Buna görə də Obama öz ordularını İraq və Əfqanıstandan demək olar ki, tamam çıxarıb.ABŞ, hətta, Dəməşq hakimiyyətinə qarşı çıxmaqdan da daşınıblar.
Vaşinqton təcili nizam yaratmaq üçün Tehranla da nüvə problemində anlaşmaq istəyir.
Həmçinin İsrailə təzyiq göstərir ki, fələstinlilərlə razılıq imzalanmasını sürətləndirsin.
Bütün bu məqamlarda ABŞ-ın Yaxın Şərqdə öz cəbhəsini bağlamaq arzusunda olduğunu görmək olar. Çünki o, Yaxın Şərq dəhşətlərini unudaraq, Çin problemi ilə məşğul olmaq istəyir.

“Neft ehtiyatlarına görə dünyada ikinci olan Səudiyyə Ərəbistanı öz xammalı ilə amerikan strategiyasını şabotaj etməyə çalışır. Ər-Riyad neft istehsalını yetərincə artıraraq, bazarı ucuz neftlə təmin etməyə çalışır”

Neftin qiyməti 100 dollar civarında qalana qədər bu ssenari yaxşı işləyirdi. Şist neftin bir barelinin qiyməti indi təxminən 60 dollar təşkil edir. Bu isə istehsalçı üçün yetərincə marja saxlayır(hər barelə görə 30- 40 dollar).
Burada isə Səudiyyə Ərəbistanı mane olmağı qərara aldı. Ər-Riyad ABŞ-ın regiondan getməsini istəmir. Xüsusən də bu gediş əsnasında Tehranla ABŞ-ın nüvə problemini həll etməsi, Ər-Riyada sərf etmir. O, şiə ekspansiyasından qorxur. Qeyd edək ki, Səudiyyə Ərəbistanının karbohidrogen ehtiyatlarının əsas yataqları şiələrin yaşadıqları ərazilərdədir.
Neft ehtiyatlarına görə dünyada ikinci olan Səudiyyə Ərəbistanı öz xammalı ilə amerikan strategiyasını şabotaj etməyə çalışır. Ər-Riyad neft istehsalını yetərincə artıraraq, bazarı ucuz neftlə təmin etməyə çalışır.
Bu strategiya çox effektli olub. Çünki neftin qiyməti 50 faizə qədər düşdü, 40 dollara endi, hazırda isə
55-60 dollar arasındadır. Bu siyasət frekinqə ağır zərbə vurdu. Amerikan şist qaz şirkətlərinin çoxu hazırda böhranla üzləşiblər, onlar borca düşüblər və müflisləşmək riskinə düçar olublar. Bu isə həm də amerikan bank sistemini hədələyir. Çünki amerikan bank sistemi çox alicənab şəkildə bu sahə ilə bağlı kreditlər verib. 40 dollara şist istehsalı satmaq sərfəli deyil. Şelfdən enerjidaşıyıcı əldə etmək də o cümlədən.
Çoxlu iri neft şirkətləri açıq dənizdə xammal əldə etməkdən əl çəkmək niyyətlərini elan ediblər. Bu isə on minlərlə adamın işsiz qalması deməkdir.
Neft axını hazırda daha da azalıb. Qiymətlər tədricən qalxır. Səudiyə Ərəbistanının ehtiyatları Ər-Riyada neft axınını tənzimləməyə və müəyyən qiymət artımına nail olmağa imkan verir. Bu isə hazırda Ər-Riyada neftin qiymətinin oynamasında əsas hakim olmağa imkan yaradıb. Bu isə onlarla ölkənin, o cümlədən, Rusiya, Əlcəzair, Venesuela, Nigeriya, Meksika, İndoneziya və digərlərinin iqtisadiyyatı üçün həlledici göstəricidir.
Yeni şərait Obamanı öz planlarına yenidən baxmağa vadar edir. Frekinq böhranı ABŞ üçün enerji təminatında yeni itki ola bilər. O, yenidən Yaxın Şərqdən, yaxud Venesueladan enerji asılılığına düşə bilər”.

İlkin AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info