Eynulla Fətullayev: «Azərbaycanı tənqid etmək olar, Almaniyanı yox?»
Tarix: 29.01.2013 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Dünən “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev mətbuat konfransı keçirib. Tədbirdə çıxış edən E.Fətullayev bildirib ki, Azərbaycanda bir çox hüquq müdafiəçiləri tədqiqatlar, araşdırmalar aparır: “İndiyə kimi hər kəs sərbəst şəkildə araşdırma aparıb. Heç kim də buna mane olmayıb. Biz də Almaniya ilə bağlı bir monitorinq keçirdik. “Niyə məhz Almaniya?” sualına cavab olaraq bildirim ki, Almaniya, fikrimcə, Avropanın ən demokratik və inkişaf etmiş ölkəsidir. Bunun üçün də monitorinqimizə Almaniyadan başladıq ki, görək hansı nəticələr çıxır”. E.Fətullayev Almaniyada olarkən Frankfurtdakı mitinqin dağıdılması ilə bağlı səhnələrdən dəhşətə gəldiyini deyib: “Almaniyada olanda “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına da müraciət etmişəm. “Amnesty İnternational” təşkilatının Almaniya ofisinin rəhbəri Aleksandr Boşdan müsahibə almışam. O da Almaniya polisini müsahibədə tənqid edib. Bu, kiminsə adından istifadə etmək sayıla bilərmi? Mənim Almaniya səfirliyi ilə münasibətim yaxşı olub. Lakin Bakıya qayıdandan sonra qəribə münasibətlə qarşılaşdım. Demək belə çıxır ki, tərifləyəndə münasibət yaxşı olur, tənqid edəndə pis. Məndən tələb edirdilər ki, layihənin maliyyə məbləğini açıqla. Mən də demişəm ki, layihəni dəstəkləyənlərdən biri “Black Sea Trast” təşkilatıdır. Almaniyanın Xarici İşlər Nazirliyi həmin təşkilata məktub göndərib ki, bu nə layihədir dəstəkləyirsiniz? Bu nə deməkdir? Demək, siz təşkilatlara təsir edirsiniz. Əgər mən maliyyə məbləğinin adını düzgün açıqlasaydım, o zaman gör nələr olardı. Bizim təşkilatın illik büdcəsi 200 min manatdan çox olub. Almaniyaya gedib monitorinq aparmaq nə böyük maliyyə tələb edir ki? Demək, Azərbaycanı tənqid etmək olar, Almaniyanı yox. Mənə fondlar deyir ki, Almaniya Xarici İşlər Nazirliyi bizə sizinlə əməkdaşlıq etməyi tövsiyə etmir. Amma gözləyirdim ki, Almaniya səfirliyi mənə təşəkkür edəcək. Mən hamını tənqid edirəm, buna görə də Azərbaycan hökuməti tərəfindən cəzalandırılıram. İndi Almaniya hökuməti də məni cəzalandıracaq? “Amnesty İnternational” təşkilatının nümayəndəsi Maks Taker mənə yazır ki, sən ikinci dəfə tutulsan, səni müdafiə etməyəcəyik. Tüpürüm sizin müdafiənizə. Belə müdafiə heç mənə lazım deyil. Burda bunu da açıqlayıram ki, “Amnesty İnternational”ın əsas maliyyəçisi Almaniya dövlətidir. Mən elə bilirdim ki, buna görə mənə təşəkkür edəcəklər və göstərəcəklər ki, demokratiya belə olur. Mən Angela Merkelə də müraciət edəcəyəm ki, bunu edənlər cəzalandırılsınlar. Bu hərəkət Almaniyaya yaraşmaz. Bizim layihəmiz başqa ölkələrdə də keçiriləcək. Bunun Almaniyadan başlanmasında nə problem var ki?». Tədbirdə iştirak edən Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Fredrik Hanke isə deyib ki, Almaniya dövləti Eynulla Fətullayevin layihə keçirməsinə hər hansı problem yaratmayıb: “Black Sea Trast” təşkilatı özü bizə müraciət edib. Biz demirik ki, Almaniyanı tənqid etmək olmaz. Lakin Almaniya ilə Azərbaycanın problemləri fərqlidir”. E.Fətullayev isə bildirib ki, o, hər şeyi sübutla danışır: “Lakin cənab Hanke düzgün danışmır. Düzdür Almaniya inkişaf etmiş ölkədir, lakin Azərbaycan inkişaf etməkdə olan ölkədir. Almaniyanın 200 illik müstəqillik tarixi var. “Black Sea Trast” təşkilatı mənə müraciət edib ki, Almaniya Xarici İşlər Nazirliyi onlara məktub göndərib ki, niyə Eynullaya dəstək verirsiniz. Bu nə deməkdir?”.
ASİF




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info