Azərbaycan yığmasının 11-ci qızıl medalı
Tarix: 18.06.2015 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Taekvondoçu Ayxan Tağızadə finalda polşalı Karol Robakla üz-üzə gəlib.
Görüş taekvondoçumuz üçün yaxşı başlamasa da, uğurla yekunlaşıb. 19 yaşlı idmançımız 2 xal geri (1:3) düşdükdən sonra 5 xal irəli keçib. Lakin o üstünlüyünü qoruya bilməyib və rəqib status-kvonu bərpa edib. Qalib qızıl xalla müəyyənləşib ki, burada da Tağızadə dəqiq olub – 10:9. O, bununla da inamlı qələbə sayəsində taekvondo komandamıza qızıl medal qazandırıb.
Bu yığmamızın 11-ci “qızıl”ı, ümumilikdə isə komandamızın 23-cü mükafatı olub.
Qeyd edək ki, təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib - 11:3. Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. 19 yaşlı idmançımız təcrübəli rəqib qarşısında layiqli mübarizə aparıb. Hücumda dəqiq, müdafiədə diqqətli olan Tağızadə 7:5 hesabı ilə qalib gələrək, yarımfinalda iştirak hüququ qazanıb.
"Neftçi İdman Klubu"nun üzvü finala gedən yolda Aleksey Denisenko ilə döyüşüb. Tağızadə əvvəlki qarşılaşmalarında olduğu kimi bu dəfə də inamlı təsir bağışlayıb. Həmyerlimiz rəqibinin Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının mükafatçısı olmasına baxmayaraq, çəkinmədən mübarizə aparıb və onu üstələyib - 7:5.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info