Ermənistanda elektrik enerjisi 1,6 dəfə bahalaşıb
Tarix: 18.06.2015 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Cəmi iki il ərzində Ermənistanda əhali üçün elektrik enerjisi 1,6 dəfə bahalaşıb. Gündüz tarifində 62,6%, gecə tarifində isə 55,1%-lik artım qeydə alınıb.
Bu barədə Ermənistanın “News.am” saytı xəbər verir.
Məlum olduğu kimi, İctimai xidmətlərin tənzimləməsi üzrə komissiya iyunun 17-də elektrik enerjisinə ikiqat artımla yeni tarifi təsdiqləyib. Elektrik enerjisinin gündüz tarifi 16,65%, gecə tarifi isə 21,8% artıb. Mütləq ölçüdə hər iki tarif eyni səviyyədə bahalaşıb - 1 KV/saat üçün 6,93 dram.
Düzdür, bu sahənin inhisarçısı olan "Ermənistanın elektrik xətləri" QSC-nin müraciətində başqa qiymətlər qeyd olunmuşdu - elektrik enerjisinin hər 1 KV/saatı üçün tariflərin 17 dram artırılacağı planlaşdırılırdı. Ancaq, bir çox müstəqil ekspertlərin, o cümədən sıravi vətəndaşların heç şübhəsi yox idi ki, şirkət bilərəkdən müraciətində şişirdilmiş rəqəmlər təqdim edib ki, sonradan bu sənədə Komissiya tərəfindən düzəliş edilsin. Ancaq bununla da tənzimləyici qurulma inhisarçı arasındakı “amansız mübarizə” bitməyib.
Məlum olub ki, Yevgeni Bibinin timsalında şirkət rəhbərliyi Komissiyanın qərarından "narazıdır". O, hətta şirkətin Ermənistandan getməsi ilə hədələyib. Həmin Ermənistandan ki, üç il bundan əvvəl "Ermənistanın elektrik xətləri" QSC-ni "ictimai xidmətlər sahəsində ən yaxşı şirkət" elan edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info