ABŞ-da 9 nəfər qətlə yetirilib, onlardan biri Senatın üzvüdür
Tarix: 18.06.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


ABŞ-ın Cənubi Karolina ştatında naməlum silahlı şəxs kilsəyə daxil olaraq 9 nəfəri qətlə yetirib. Onlardan biri ABŞ Senatının üzvüdür.
“Lenta.ru” saytının verdiyi xəbərə görə, öldürülən senator Cənubi Karolinadan seçilən Klementa Pinknidir.
Məlumata görə, insident Çarlston şəhərində qeydə alınıb.
Polis hadisəni törətməkdə şübhəli bilinən, əynində boz sviter və göy rəngli cins şalvar olan 21 yaşlı ağdərili şəxsi axtarır.
Məlumata görə, hadisə yerinə altı təcili yardım maşını cəlb olunub.
Qeyd edək ki, belə olay ilk dəfə deyil ki, ABŞ-da baş verir. Hər il yüzlərlə bu kimi hadisələr baş verir və heç bir səbəb olmadan silahlı şəxslər ictimai yerlərdə insanlara atəş açırlar. Hətta son illərdə ABŞ-da məktəblərdə, universitet və digər belə gənclərin olduğu məkanlarda silahlı insidentlərin çoxalması bu ölkədə ciddi narahatlıq doğurur, mətbuatda silah satışı ilə bağlı qaydaların sərtləşdirilməsi haqqında mütəmadi yazılar yazılır. Budəfəki olayda Senat üzvünün də öldürülməsi bu məsələyə diqqəti daha da artıracaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info