Peter Kraut: “Rusiya və Çin öz qızılları ilə dolları məhv edəcək”
Tarix: 18.06.2015 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


“Rusiya davam edən iqtisadi çətinliklərə baxmayaraq, qızıl ehtiyatlarını fəal surətdə artırır. Bu tendensiya isə təbii ki, ABŞ dolları üçün dağıdıcı təsir göstərə bilər”. Bunları “Money Morning” nəşrinin analitiki Peter Kraut yazır. Analitikin müşahidələrinə görə, Rusiyanın qızıl ehtiyatları 1993-cü illə müqayisədə üç dəfə artıb. Rusiyada qızılın bir hissəsi ixraca qoyulan sanksiyalara rəğmən yerli istehsalçılara satılır.
Qeyd edilməlidir ki, əvvəlki illərlə müqayisədə qızılın qiymətindəki enmə yerli alıcı üçün də sərfəlidir. Müəllif yazır: “Son böhran zamanı, rus rublunun qiymətdən düşdüyü ərəfədə ehtimal edilirdi ki, Rusiya qızıl satmaq məcburiyyətində qalacaq. Lakin mən bununla razılaşmırdım. Belə düşünürdüm ki, Rusiya ehtiyatlarını qoruyaraq, kağız dollarları sərf edəcək. Mən haqlı çıxıdım”. Analitikə görə, 2014-ci ilin noyabrında Rusiyanın qızıl ehtiyatları 37,6 milyon unsiyadan 38,2 milyon unsiyaya qədər artıb. Bu ilin aprel ayı üçün göstərici 39,8 milyon unsiyadır. Kraut böyük ehtimalla iddia edir ki, Rusiyada qızıl və valyuta ehtiyatlarının ciddi artımı ABŞ dollarına çox əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək. Bəzi analitiklər iqtisadi böhranı səbəb kimi əsas gətirərək, yalnız uzaq gələcəkdə qızılın Rusiya valyutası üçün əsas olacağını bildirilər. Lakin unutmaq lazım deyil ki, Rusiya bu istiqamətdə tək deyil, yaxın qonşuları və bəzi müttəfiqləri ilə ABŞ dollarının hegemonluğunu pozmağa çalışır. Kraut bunları qeyd edərkən, təbii ki, ilk növbədə dünyanın ən böyük qızıl ehtiyatlarına malik olan Çini nəzərdə tutur. Baxmayaraq ki, Çin özünün qızıl ehtiyatlarının dəqiq həcmini müəyyən etməyib. Lakin böyük ehtimalla iddia etmək olar ki, Çinin qızıl ehtiyatları həqiqətən ABŞ dolları üçün böyük təlatümlər gətirə bilər. Amerikalı analitik Cim Rikards isə belə hesab edir ki, əgər Çin özünün qızıl ehtiyatları barədə açıqlama versə, bu, ABŞ dollarını acınacaqlı vəziyyətlə üzləşdirə bilər. Amerikalı analitikin sözlərinə istinad edən Kraut isə bunu ABŞ dollarının “ölümünə” səbəb olacaq "qaynar nöqtələr"dən ancaq biri kimi xarakterizə edir. Qeyd edilməlidir ki, amerikalı politoloq Qrem Fuller də Rusiya, Çin və Hindistan kimi siyasi qüvvələrin hökmranlığının gücləndirilməsi fonunda ABŞ-ın dünya səhnəsindəki rolunun azaldığı barədə yazır. Fullerin təəbirincə, ABŞ-ın dünyadakı qlobal üstünlüyü inkişaf etməkdə olan dövlətlərin artan təsirinə uyğun olaraq azalmaqdadır. Amerikalı politoloqa görə, yeni güc mərkəzlərinin yaranması həmişə bu qüvvələrlə “köhnə qüvvə” arasında qarşıdurma halları yaranmasına səbəb olur. Hazırda Amerika Birləşmiş Ştatlarının beynəlxalq arenadakı enişi onunla digər ölkələr arasında münaqişəyə gətirib çıxara bilər. Ekspert qeyd edir ki, ABŞ-ın beynəlxalq arenadakı tənəzzülünün səbəbləri məlumdur. Lakin Vaşinqton bunları etiraf etmək istəmir. Uğursuz siyasət, şişirdilmiş hərbi büdcə, yoxsul siyasi spektr, “korporativ media”nın ağalığı ABŞ-ın uğursuzluqlarının əsas səbəblərindəndir. Ekspert yazır ki, Amerika bütün dünyaya “təlimat” verməyə, “dünya polisi” rolunu oynamağa vərdiş edib: “Artıq bütün bunlar arxada qalıb. Bu reallığı qəbul etmək istəməyən Vaşinqton yenə də oxşar rolu həyata keçirməyə çalışır. Bunlara misal olaraq, ABŞ-ın NATO-ya üzv olan dövlətlərlə birgə Qara dənizdə, Cənubi Çin dənizində keçirdiyi birgə təlimləri göstərmək olar. ABŞ hələ də hesab edir ki, onun yeganə qlobal super güc kimi çıxış etmək hüququ var”. Qrem Fullerə görə, digər ölkələrin ABŞ-ın bu təhlükəli oyunlarına nə qədər dözəcəkləri hələ də qaranlıqdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info