Açılışdan sonra bu günədək olan ən yüksək tamaşaçı göstəricisi qeydə alınıb
Tarix: 18.06.2015 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“İyunun 17-də 32 min tamaşaçı arenalarda yarışları izləyib. Bu, açılış mərasimindən sonra bu günədək ən yüksək göstəricidir”.
Bu sözləri “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iyunun 17-də keçirilən yarışların yekunları ilə bağlı mətbuat konfransında deyib.
Arenaların növbəti yarışlara hazırlanması prosesinin uğurla həyata keçirildiyini bildirən Saymon Kleq iyunun 18-də şose velosipedi üzrə yarışlara başlandığını deyib. Bakı Olimpiya Stadionunun örtüyünün dəyişdirilməsi prosesinin uğurla başa çatdırıldığını söyləyən Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru idmançıların tədricən Mingəçeviri tərk etdiklərini vurğulayıb. O deyib: “Təkcə dünən yarışlarda 75 idmançı medal qazanıb. İyunun 18-də 16 dəst medal uğrunda yarışlar keçiriləcək. Son iki gündə tamaşaçı sayı inanılmaz dərəcədə artıb. Güləş arenasındakı ab-hava məni məmnun etdi. Yayım məsələsi bu Oyunların uğur amillərindən biridir. Marketinq məsələsində təşkilatçılar çox çalışıblar. Avropa tamaşaçısı uğurlu Oyunların şahidi olur. Oyunlar Şimali və Cənubi Amerika, Çin, Yeni Zelandiya, Yaponiya, Hindistan və digər ölkələrdə də geniş yayılır. Bu Oyunlar ilk dəfə keçirilir. Bunu nəzərə alsaq əldə etdiyimiz nailiyyətlər inanılmaz dərəcədə böyükdür. Biz iki ildə mükəmməl nəticələrə nail olmuşuq. Beynəlxalq İdman Yayımı Şirkəti yüksək səviyyəli yayım qura bilib. Biz Avropada 72 faiz yayıma nail olmuşuq”.
Fantastik açılış mərasiminin şahidi olduqlarını söyləyən Beynəlxalq İdman Yayımı Şirkətinin prezidenti Manolo Romero Avropa İdman yayımı telekanalları adından yarışlardan çox məmnun qaldıqlarını dilə gətirib. Yarışların başlamasından bu günədək 600 saatdan çox çəkilişin aparıldığını diqqətə çatdıran Manolo Romero Oyunların sonunadək bu rəqəmin toplam 1100 saata çatacağını qeyd edib. Toplam saatlardan əlavə peyk vasitəsilə dünya kanallarına 800 saatdan çox yayımın göndərildiyini söyləyən Beynəlxalq İdman Yayımı Şirkətinin prezidenti Oyunlara böyük marağın olduğunu bildirərək deyib: “Bu Oyunlar bir çox telekanallar üçün yenilik idi. Olimpiya hüquqlarının sahibləri ilə əlaqə saxlamalı idik. Oyunlarda bəzi idman növlərində Rio Olimpiya Oyunlarına seçim mövcuddur. Açılış mərasimi Avropanın 40 ölkəsində yayımlanıb. Əlavə olaraq bir çox hüquq sahibləri rəqəmsal vasitələrlə bu Oyunların yayımını təşkil edə biliblər. Bu, təşkilatçıların rəsmi internet saytı, Youtube vasitəsilə mümkün olub. Yayımın keyfiyyətindən çox razıyıq. Məkanlar çox gözəldir. Oyunların təsviri çox maraqlıdır. Reklam rolikləri göz oxşayır. İstər tamaşaçılar, istərsə də Avropa idman telekanallarının sahibləri onlara təqdim olunan məlumatlardan razıdırlar. Bu, Olimpiya Oyunları səviyyəsində təşkil edilən yarışlardır. Bəzi böyük ölkələrdə daha yaxşı nəticələr göstərə bilirik. Biz düşünürük ki, bu, bir çox ölkələrdə tədricən maraq doğuracaq. İşləri mükəmməl həyata keçirmək üçün yaxşı fürsət var. Məkan gözəl olarsa, nəticə daha maraqlı olar. Ərəb dünyasından 10 milyon insan Oyunları seyr edib. Bu, ərəb dünyası üçün inanılmaz göstəricidir”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info