Asmik Ovannisyan: “Ermənistanda ədalət yoxdur»
Tarix: 29.01.2013 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


2010-cu ildə öldürülən Ermənistan ordusunun zabiti, leytenant Artak Nazaryanın anası Asmik Ovannisyan bəyanat yayıb. “Armenia Today” xəbər verir ki, bəyanat sülh şəraitində ölmüş hərbi qulluqçuların analarının mətbuat konfransında yayılıb. Bəyanatda deyilir: “Ermənistanda ədalət məhkəməsi yoxdur. O, qalın maqma qatı ilə yerin min kilometr dərinliyində dəfn olunub. Onu çıxarmaq üçün güclü zəlzələ lazımdır. Ədalət məhkəməsi yoxdur, amma nazirliyi və naziri var. Onları haqsızlıq məhkəməsinin nazirliyi və naziri adlandırmaq olar. Məhkəmələr yoxdur, ancaq binaları var. O bina ki burada hakim mantiyası geyinmiş insanlar əsl cinayətkarlara ömürlük cəza vermək əvəzinə, 15-20 il azadlıqdan məhrumetmə cəzası verirlər. Qanunun aliliyi yoxdur, ancaq müxtəlif kodekslər var. Hətta ehtiyac olmayan prosessual kodeks belə var. Əgər hakim müstəqildirsə, deməli o yalnız və yalnız qanunun adından müstəqildir və istənilən halda qanunu istədiyi kimi yoza bilər. Mən nə deyirəm? Heç bir gizli cinayət yoxdur, hər şey hamıya aydındır, yoxsa qətlləri gizlətmək və intihar haqqında yalan versiyalar irəli sürməkdən ötrü əl-ələ vermiş məhkəmə və hakimlər nəyə lazımdır? Bizim çoxsaylı etiraz aksiyalarımız barədə yaxşı məlumatlandırılmış prezident orduda qəsdən adamöldürmənin sayının artmasına qarşı heç bir addım atmadı. Heç bir qatil məsuliyyətə cəlb olunmadı. Ermənistandan miqrasiya sürəti isə daha da artıb. Onlar bu gün geniş yayılmış qantökülmədən öz oğullarını xilas etmək üçün gedirlər. Ermənistanda heç bir hüquq-müdafiə sistemi işləmir. Belə təəssürat yaranır ki, bütün işlərin bir adamın barmaq işarəsi ilə idarə olunduğu böyük kukla teatrının ərazisində yaşayırsan. Daha da artığını deyirəm: Konstitusiya heç nədir, Konstitusiya Məhkəməsi isə Appelyasiya Məhkəməsindən geri qalmır. Bu gün, görünür, indiki hakimiyyətin mövcudluğu şəraitində heç bir ədalət məhkəməsi olmayacaq və onun qalın maqma altından çıxarılması yalnız bu ölkəni sevən və bu ölkə üçün yaşayan fədakar insanların çiyinləri üzərinə düşür. Deməli, Ermənistanı və erməniləri təmizləyəcək, yerin dərin qatından çıxacaq güclü vulkan püskürməsi üçün bu “zəlzələ”ni dəstəkləməliyik və bununla da ölkəmiz haqq-ədalət beşiyinə çevriləcək. Mən pis yola çəkilmiş sistemin yaşatdığı oğul iztirabını çəkən sədaqətli erməni qadını və erməni anasıyam. Mən rəhmdil və açıqfikirli soydaşlarıma məsləhət görürəm ki, Ermənistanı uçuruma aparan indiki hakimiyyətə və onun prezidentinə səs verməsinlər. Unutmayın! Bir damcı su belə sıldırım qayanı dələ bilər! Qoy bizim hər birimiz qayadələn su damcısı olaq!
NURANƏ




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info