“Azərbaycana qarşı kampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir”
Tarix: 18.06.2015 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


“Bakıda keçirilən I Avropa Oyunları Azərbaycanla bağlı xeyli müzakirəyə səbəb olub”.
“Opinion-internationale.com” saytının verdiyi məlumata görə, bu sözləri Fransa senatının üzvü Natali Qule deyib. Onun sözlərinə görə, bəzi tənqidçilər Azərbaycanda “demokratik dəyərlər”in tanınmadığını iddia edirlər: “Azərbaycanın 24 yaşlı çox gənc bir ölkədir. Aşkar şəkildə Ermənistanla müharibə şəraitindədir, tez-tez ölüm halları baş verir. Amma bu barədə danışılmır”.
Onun sözlərinə görə, Azərbaycan Avropa Şurası ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində işləyir: “Seçki prosesi təkmilləşdirilib. Əlbəttə ki, problemlər hələ də var. Lakin ölkəyə qarşı kampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir. Bəli, bütün Avropa ölkələri, o cümlədən İsrail İslam Konfransına daxil olan ölkədə keçirilən oyunlarda təmsil olundu. Ermənistan da həmçinin Azərbaycan hökumətinin və erməni idmançıların cəsarətli addımı ilə bu oyunlarda iştirak etdi”.

Senatın sözlərinə görə, geostrateji baxımdan Azərbaycan Avropa ilə müttəfiqdir: “Cənubi Qafqazda real suverenliyini saxlayan yeganə ölkə Azərbaycandır. Bu ölkə həmçinin neft, qaz və kənd təsərrüfatı sahəsində də Fransa üçün mühüm ticarət tərəfdaşıdır. Azərbaycan sürətlə inkişaf edir. 1921-ci ildən Azərbaycanda qadınlara səs vermə hüququ verilib. Tamamilə dünyəvi respublikadır. Burda yəhudi icması, xristian kilsəsi var, xristianlarla heç bir problem yoxdur. İslam Konfransına aid bir ölkə olmasına baxmayaraq, İsrail ilə sıx diplomatik əlaqələri var. Burada heç vaxt anti-semitizm problemlər olmayıb. Azərbaycan radikal islama qarşı mübarizə aparır və “İŞİD”ə qarşı müttəfiqlər arasında yer alır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info