Polşa Olimpiya Komitəsinin sədri Bakı Slavyan Universitetində qonaq olub
Tarix: 18.06.2015 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetinin növbəti qonağı Polşa Olimpiya Komitəsinin sədri, Dr. Vitold Rıbçinski, Polşa Olimpiya Komitəsinin katibi Marjena Kosjevska, Polşa Əməkdaşlıq Komissiyasının xaricdə yaşayan polyaklar üzrə katibi Marian Doros və qılıncoynatma üzrə ikiqat olimpiya medalçısı Marian Sipnievski olub. Nümayəndə heyətini qəbul edən ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev onlarla söhbət zamanı BSU-da fəaliyyət göstərən Polyak dili və mədəniyyəti mərkəzi və onun fəaliyyəti haqqında məlumat verib. Rektor BSU-nun xarici universitetlərlə, o cümlədən Polşanın Varşava Universiteti ilə əlaqələri barədə danışıb. Qeyd edilib ki, BSU tərəfindən polyak dilində Azərbaycan ədəbiyyatı nümunələri çap olunub.
Görüş çərçivəsində Azərbaycan və Polşa arasında mövcud olan mədəni, siyasi əlaqələrdən söhbət açılıb. Azərbaycanda olmağından məmnun qaldığını deyən Dr. Vitold Rıbçinski Bakının əsrarəngiz gözəlliyə malik olduğunu deyib. Sədr BSU-da polyak dili və mədəniyyətinə göstərilən diqqətə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra qonaqlar Polşa Diaspora Cəmiyyətinin sədri Olqa Yujanina və Cəmiyyətin üzvləri ilə görüşüblər. Görüş əsnasında Polşa Olimpiya hərəkatının inkişafı və polyakların Bakı 2015 ilk Avropa oyunlarındakı uğurlarından danışıblar. Səmimi keçən görüşdən razı qalan qonaqlar onlara ünvanlanan sualları cavablandırıblar.
Aytəkin Qardaşova




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info