“Regionda müharibə başlasa, uzun müddət davam edəcək, çoxlu qan töküləcək”
Tarix: 18.06.2015 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin həllinə müdaxilə edə bilməz”.
Bunu KTMT baş katibi Nikolay Bordyuja keçirdiyi brifinqdə deyib. O bildirib ki, bu münaqişənin nizamlanması üçün beynəlxalq mexanizm mövcuddur: “Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səlahiyyəti ATƏT-in Minsk Qrupuna verib. Digər beynəlxalq təşkilatlar bu prosesə müdaxilə etməməlidirlər. Münaqişənin sülh yolu ilə nizamlanması ilə məhz ATƏT-in Minsk Qrupu məşğul olur. KTMT olaraq biz onların fəaliyyətini dəstəkləyirik. Buna görə də, KTMT bu münaqişənin həlli prosesinə müdaxilə edə bilməz”.
N. Bordyuja Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olduğunu xatırladıb: “Ermənistan ərazisində təhlükə olacağı təqdirdə, KTMT bütün hüquqlarından istifadə edəcək”.
N. Bordyuja MDB məkanında mövcud olan münaqişələrin hərbi yolla həllinin mövcud olmadığını da vurğulayıb: “Nə Qarabağ, nə də Dnestryanı münaqişənin hərbi yolla həll yolu mövcud deyil. Regionda müharibə başlasa, uzun müddət davam edəcək, çoxlu qan töküləcək. Bunu Rusiya yaxın qonşusu olan Ukraynanın simasında gördü”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info