ABŞ-da 9 nəfər qaradərili güllələndi YENİLƏNİB
Tarix: 18.06.2015 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


ABŞ-ın Cənubi Karolina ştatında naməlum silahlı şəxs qaradərililərin ibadət etdikləri kilsəyə daxil olaraq 9 nəfəri qətlə yetirib. Onlardan biri ABŞ Senatının üzvüdür.
“Lenta.ru” saytının verdiyi xəbərə görə, öldürülən senator Cənubi Karolinadan seçilən Klementa Pinknidir.
Məlumata görə, insident Çarlston şəhərində qeydə alınıb.
Polis hadisəni törətməkdə şübhəli bilinən, əynində boz sviter və göy rəngli cins şalvar olan 21 yaşlı ağdərili şəxsi axtarışa verib.
Məlumata görə, hadisə yerinə altı təcili yardım maşını cəlb olunub və bu olayın şəhərdə insanlar arasında ciddi etiraz doğurduğu bildirilir.
Qeyd edək ki, belə olay ilk dəfə deyil ki, ABŞ-da baş verir. Hər il yüzlərlə bu kimi hadisələr qeydə alınır və heç bir səbəb olmadan silahlı şəxslər ictimai yerlərdə insanlara atəş açırlar. Hətta son illərdə ABŞ-da məktəblərdə, universitet və digər belə gənclərin olduğu məkanlarda silahlı insidentlərin çoxalması bu ölkədə ciddi narahatlıq doğurur, mətbuatda silah satışı ilə bağlı qaydaların sərtləşdirilməsi haqqında mütəmadi yazılar yazılır. Budəfəki olayda Senat üzvünün də öldürülməsi bu məsələyə diqqəti daha da artıracağı gözlənilir.
Maraqlıdır ki, son zamanlarda ABŞ-da qaradərililərə qarşı xüsusi nifrət hissi yaranıb. Bu, özünü qalmaqallı polis-vətəndaş münasibətlərindən daha çox qaradərililərin əziyyət çəkməsində də göstərir.
Bu kimi hadisələrə nəzər saldıqda görürük ki, dünyaya demokratiya, insan haqlarından dərs keçməyə çalışan ABŞ-ın özündə insan haqlarının qorunması ilə bağlı ciddi problemlər var. Bu ölkədə nədənsə irqi ayrı-seçkilik ilbəil güclənir. Əslində ötən ilin avqustunda Missuri ştatının Ferqyusson şəhərində baş verən hadisələr problemin nə dərəcədə ciddi olduğunu göstərmişdi.
Belə ki, 2014-cü il avqustun 10-da mağazadan soyğunçuluq etməkdə günahlandırılan qaradərili gənc polis tərəfindən açılan atəşlə qətlə yetirildi və 18 yaşlı Maykl Brauna 6 güllə vuruldu. Dekabrın 24-də növbəti qaradərili polis zorakılığının qurbanı oldu. Təqib olunan qaradərilini yaxalayan polis onun boğazını sıxıb. Qaradərili astma xəstəliyindən əziyyət çəkdiyini və bu səbəbdən boğulduğunu bildirsə də, polis ona əhəmiyyət verməyib. Nəticədə vətəndaş boğularaq dünyasını dəyişdi.
Bu yaxınlarda da ABŞ-da qaradərili vətəndaşa qarşı növbəti polis vəhşiliyi aşkar olundu. Hadisə Cənubi Karolina ştatının Noterçarlston şəhərində baş verdi. Polis əməkdaşı Maykl Sleycr avtomobili saxlayaraq sürücüdən maşından düşməyi tələb edib. Daha sonra qaradərili sürücü ilə polis arasında mübahisə yaranıb. Bilinməyən səbəbdən sürücü qaçmağa başlayıb. Üzərində və ya əlində heç bir silah olmayan vətəndaşın arxasınca polis atəş açmağa başlayıb. Maraqlısı odur ki, polis vətəndaşa xəbərdarlıq atəşi açmayıb, atılan 8 güllə birbaşa qaradərili vətəndaşa tuşlanıb və o, ağır yaralanıb. Dəhşətlisi odur ki, polis əməkdaşı yaralıya kömək etmək məqsədilə təcili tibbi yardım çağırmaq əvəzinə, onun qollarına qandal vurub. 50 yaşlı vətəndaş aldığı güllə yaralarından elə yerindəcə keçinib.
Bu günlərdə də qaradərili bir yeniyetmə qıza qarşı polisin amansız hərəkətlər göstərməsi ilə bağlı yayılan viderolik insanların narazılığına, etiraz aksiyalarına səbəb oldu. Maraqlıdır, ABŞ-da qaradərililərə qarşı belə fərqli münasibət nəyin əlamətidir? Bu, polis özbaşınalığından irəli gəlir, yoxsa qaradərililərə qarşı antipatiyadan qaynaqlanır?
Görünən isə odur ki, bu ölkədə aşkar şəkildə irqi ayrı-seçkilik inkişaf edir!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info