ABŞ qəzetində Milix Yevdayevin daimi bloqu yaradılıb
Tarix: 18.06.2015 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Azərbaycanın Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə ABŞ-ın “Jewish Journal” yəhudi qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin daimi bloqu yaradılıb. ”Azərbaycanın Dağ Yəhudiləri” adlı bloqda müəllifin ölkəmizdə yəhudilərin həyatını əks etdirən, eləcə də, digər mövzular ətrafında məqalələrin dərci nəzərdə tutulub. Bloqun yaradılmasında əsas məqsəd Azərbaycan haqqında, xüsusilə də ölkəmizin qədim tolerantlıq ənənələri və bu ənənələrin daha gücləndirilməsi üçün respublikamızda görülən işlər barədə ABŞ ictimaiyyətinin məlumatlandırılmasıdır. Artıq bu səpkidə birinci məqalə - “28 May” başlığı ilə dərc olunub. Məqalədə ilk öncə, müəllif rəhbərlik etdiyi icma ilə Kaliforniyada yaşayan yəhudi icması arasında münasibətlərin qurulmasının tarixçəsindən və bu münasibətlərin inkişafından söz açıb. M.Yevdayev cari ilin fevral ayında Los Ancelesin yəhudi icması tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına Tövratın hədiyyə edilməsini işıqlandıraraq,bunu tarixi hadisə hesab edib. Müəllif vurğulayıb ki, bu, Azərbaycan dağ yəhudiləri və Los Anceles yəhudiləri arasında güclü əlaqələrin qurulduğunu ifadə edir.
M. Yevdayev məqalənin sonunda Azərbaycanın dinlərarası harmoniya baxımından uyğun bir model olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycanda yəhudilər əsrlərdən bəri hər hansı təqibə və ya ayrı-seçkiliyə məruz qalmadan azərbaycanlılarla tam qarşılıqlı anlaşma , sülh və həmrəylik şəraitində yaşayırlar.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri M. Yevdayevin məqaləsi qısa müddətdə geniş oxucu kütləsinin diqqətini çəkə bilib. Məqalənin yerləşdiyi bloqa oxuculardan müsbət şərhlər göndərilib.
Qeyd edək ki, “Jewish Journal”ABŞ-da internet vasitəsi ilə ən çox oxunan yəhudi qəzetidir. Qəzetin aylıq 4.5 milyon nəfər oxucusu var.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info