Fransalı idmançı: “Azərbaycan iki ildə çox inkişaf edib”
Tarix: 18.06.2015 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Dünən Heydər Əliyev adına İdman-Konsert kompleksində “Bakı-2015” Avropa Oyunları çərçivəsində sərbəst güləşçilər öz güclərini sınadılar.
Yarışlarda fransalı güləşçilər də iştirak edirdilər. Fransa güləş komandasının rəsmisi David Legrand Oyunlarla bağlı fikirlərini qəzetimizə bildirdi: “Fransanı “Bakı-2015” yarışlarında güləş üzrə 8 kişi, 4 qız olmaqla 12 idmançı təmsil edir. İdmançılarımıza ümidlərimiz böyükdür. İnanıram ki, bu Oyunlardan medalla vətənimizə qayıdacağıq”.
David Legrand yarışların təşkilatçılığından da razılıq etdi: “Yarışları izləmək üçün hər bir şərait yaradılıb. İdmançılar üçün də məşq üçün lazımi imkanlar var. Atletlər kəndində qalmaq şəraitimiz çox gözəldir. Yarışların keçirildiyi yer də çox geniş və rahatdır. Heç bir narahatçılıq olmadan istənilən informasiyanı ala bilirik”.
Fransa komandasının rəsmisi iki il bundan əvvəl də Bakıda güləş yarışlarında olduğunu dedi: “2013-cü ildə güləş üzrə keçirilən beynəlxalq yarışda iştirak etmək üçün Azərbaycana gəlmişdim. Bu iki il ərzində sizin ölkəniz çox inkişaf edib. Bakı çox dəyişib”.
Fransa komandasının güləşçisi Aurelie Basset də öz fikirlərini bizimlə bölüşdü: “Çox yaxşı təşkilatçılıq var. Yarışlar da çox maraqlıdır. Kim güclüdürsə, yaxşı hazırlaşıbsa rəqibi üzərində qalib gələ bilir. Yarışları diqqətlə izləyirəm. Azərbaycan güləşçilərinin də yarışlara ciddi hazırlaşdıqları müşahidə olunur”.
Aurelie Basset də iki ildə Azərbaycanın çox inkişaf etdiyini bildirdi: “Azərbaycan çox gözəl ölkədir. İki il bundan əvvəlki illə müqayisədə daha da gözəlləşib. Geniş küçələriniz var. Hələ ki, şəhəri tam gəzməmişəm. Amma vaxt olan kimi Bakının görməli yerlərində olacam”.
F.Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info