Tomasz Kalemba: “Bizim portalda “Bakı-2015”-lə bağlı mütəmadi olaraq məlumatlar verilir”
Tarix: 18.06.2015 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


“İlk Avropa Oyunları çox böyük idman hadisəsidir. Bu bir eksperimentdir”. Bu sözləri Polşanın “Onet.” Yayım Qurupunun jurnalisti Tomasz Kalemba eksklüziv olaraq “Palitra”ya bildirdi.
“Bakı-2015”-in açılış mərasimindən danışan Tomasz Kalemba bundan heyran qaldığını dedi: “Çox valehedici idi. Hər bir səhnə mənim üçün bir sürpriz kimi idi. Elə təkcə mən yox, mərasimdə iştirak edən əksər insanlar üçün bu açılış sürpriz oldu. Azərbaycanın belə bir açılış mərasimi təşkil etməsi inanılmazdır. Belə başa düşdüm ki, avropalılar hələ Azərbaycanı yaxşı tanımırmış. Mən Azərbaycanı sanki kəşf etdim. İnanıram ki, Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq. Mən bura gəlməmişdən qabaq bu haqda heç nə deyə bilməzdim. Amma indi gəlib ilk Avropa Oyunları ilə bağlı buradakı təşkilatçılığı gördükdən sonra bu sözləri əminliklə deyirəm”. Tomasz Kalemba onlara yaradılan şəraitdən də razılıq etdi: “Media kəndində bizim üçün hər bir şərait yardılıb. Öz məlumatlarımızı rahat şəkildə hazırlayıb Polşaya göndərə bilirəm. İlk gündən bizim portalda “Bakı-2015”-lə bağlı mütəmadi olaraq məlumatlar verilir. Ayrıca Polşanın digər KİV-ləri də bu məlumatlardan istifadə edirlər. Bizə yaradılan bu komfortluğa görə Təşkilat Komitəsinə minnətdarlığımı bildirirəm”. “Onet.”in jurnalisti qeyd etdi ki, Polşada da belə Oyunların keçirilməsini istərdi: “Bu, çox böyük bir məsuliyyətli işdir. Eyni zamanda iqtisadi gücə malik olmalısan. Yəqin ki, Polşa tərəfindən də Avropa Oyunlarının keçirilməsi üçün nə vaxtsa təkliflər veriləcək”. Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Tomasz Kalemba burada qonaqpərvər insanlarla qarşılaşdığını bildirdi: “Mənim Azərbaycan haqda çox az məlumatım var idi. Əsasən buradakı güləşçilər haqqında eşitmişdim. İndi isə gəldim sizin ölkəni əyani gördüm. Boş vaxtlarımızda şəhərlə tanış oluruq. Sizin bulvarınız dənizlə şəhər arasında olan bəzəkli lentdir. Çox az şəhərlərdə belə uzun dənizkənarı park olur”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info