Ças Frimen: “Bu gün ABŞ-ın peşəkar diplomatiyası böhran içindədir”
Tarix: 19.06.2015 | Saat: 01:57:00 | E-mail | Çapa göndər


“Kim bizi qəbul etmirsə, bizə qarşıdırsa, bizi ciddi qəbul etmələri üçün onları bombalayırıq, pilotsuz uçan aparatlar vasitəsilə insanları kütləvi məhv edirik. Amma biz görürük ki, başqa dövlətlərin maraqlarına hörmətsizlik göstərəndə və həmin dövlətlərə təzyiqlər edəndə, hamı sonda sənə qarşı olur”

“ABŞ, başlatdığı müharibələri necə başa çatdıracağını bilmir. Bu gün Birləşmiş Ştatların peşəkar diplomatiyası böhran içindədir”. Bu fikirlər “The American Conservative” nəşrində çap edilən məqalədə yer alıb.
Müəllif Ças Frimen yazır ki, bir ölkənin həyata keçirdiyi diplomatiyanın əsas mahiyyəti dövlətin maraqlarını müdafiə etmək, xaricilərlə problemləri həll etmək və güc tətbiqini minimuma endirməkdir. Frimen məqaləsində xatırladır ki, diplomatiya daxili sakitlik və rifahı dəstəkləyən qeyri-zorakılığın tərəfdarı kimi çıxış edir: “Diplomatiya zorakılıq tətbiq etmədən siyasi, iqtisadi və hərbi üstünlük əldə etməkdir. Bugünkü ABŞ siyasi elitası diplomatiyanı qəbul etmir və ümumiyyətlə, onunla necə məşğul olmaq lazım olduğunu bilmir. Amerikalılar artıq özlərini milli qürurun əsasını təşkil edəcək ədəbli qaydada aparmaq və nümunə olmaq istəmirlər. Vaşinqton üçün güc tətbiqi xarici siyasətin birinci alətinə çevrilib.

“The American Conservative”: “Vaşinqton üçün güc tətbiqi xarici siyasətin birinci alətinə çevrilib. Biz amerikalılar müttəfiqlərimiz, dostlarımız, düşmənlərimiz olmasından asılı olmayaraq başqa dövlətlərə təzyiq edir, onların daxili işinə müdaxilə edirik”

Biz amerikalılar müttəfiqlərimiz, dostlarımız, düşmənlərimiz olmasından asılı olmayaraq başqa dövlətlərə təzyiq edir, onların daxili işinə müdaxilə edirik. Kim bizi qəbul etmirsə, bizə qarşıdırsa, bizi ciddi qəbul etmələri üçün onları bombalayırıq, pilotsuz uçan aparatlar vasitəsilə insanları kütləvi məhv edirik. Amma biz görürük ki, başqa dövlətlərin maraqlarına hörmətsizlik göstərəndə və həmin dövlətlərə təzyiqlər edəndə, hamı sonda sənə qarşı olur. ABŞ hərbçiləri Vyetnam, Küveyt, Əfqanıstan və İraqda özlərini dəhşətli tərəfdən göstərərək insanların ölümünə səbəb olublar. İndi vəziyyət elə həddə çatıb ki, istənilən səhv nüvə müharibəsinə səbəbə ola bilər”. Frimen məqaləsində ABŞ-ın sanksiya siyasətini də tənqid edib. Onun fikrincə, sanksiya tətbiq etməklə əməkdaşlıq mühiti yaratmaq mümkün deyil: “Sanksiyaların işin xeyrinə olduğunu təsdiqləyən heç bir fakt yoxdur. Sanksiyalar körpü yaratmır, mövqeləri yaxınlaşdırmır, güzəştlərə imkan vermir. Bu siyasət ancaq ziddiyyətləri artırır. Bizim siyasi elitanın böyük əksəriyyətində diplomatiyanın əsas vəzifəsi haqqında elementar anlayışlar yoxdur. Nahaq yerə demirlər ki, əgər ən 3 dil bilirsənsə-poliqlotsan, iki dil bilirsənsə - bilinqvsən, əgər bir dil bilirsənsə-deməli, amerikalısan. Əgər sən ancaq bir dil bilir və heç vaxt coğrafiyanı oxumamısan və xaricə səfər üçün pasportun da yoxdursa, deməli, Konqresin üzvüsən”.
Anar




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Mayk Pompeo vә Sergey Lavrov arasında telefon danışığı olub
26.03.2019
Mahmud Abbas Trampın Qolan tәpәlәri ilә bağlı qәrarına reaksiya göstәrib
26.03.2019
İranda iki şəhərin boşaldılmasına göstəriş verildi
26.03.2019
İsrail və HƏMAS atəşkəsə dair razılığa gəliblər
26.03.2019
Çin Fransadan 300 “Airbus” təyyarəsi alacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info