“London Olimpiadasına hazırlıq dövründə Britaniya qoşunları İraqda idi”
Tarix: 19.06.2015 | Saat: 02:14:00 | E-mail | Çapa göndər


“Qərbin bəzi nümayəndələri Olimpiya hərəkatının “İdman siyasətdən kənardır!” devizinə əsla məhəl qoymur”

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, boks üzrə dünya çempionu Nikolay Valuyev Rusiyada çıxan “Arqumentı i faktı” qəzetinə verdiyi müsahibədə deyib: “Biz tez-tez şahid oluruq ki, Qərbin bəzi nümayəndələri Olimpiya hərəkatının “İdman siyasətdən kənardır!” devizinə əsla məhəl qoymur”.
N.Valuyev qeyd edib ki, bəzi Avropa ölkələrinin yüksək vəzifəli nümayəndələri Avropa Oyunlarının açılış mərasiminə gəlməmişdi. Dövlət Dumasının deputatı bununla əlaqədar sual edir: “Nəyə görə? Sadəcə ona görə ki, Avropa İttifaqının Azərbaycana çoxlu sualı var, o cümlədən Azərbaycanın Rusiya ilə “düzgün olmayan” tərəfdaşlığı Aİ-ni qane etmir. İndi isə Bakının böyük məbləğdə xərc çəkərək təşkil etdiyi bayramı korlamaq üçün yaxşı bir fürsət yaranıb. Bu, 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı ilə bağlı əhvalata oxşayır. Qərbin “oyun qaydaları” ilə hesablaşmayanlara həm iqtisadi, həm də siyasi baxımdan təzyiq göstərilir. İndi bu prinsip idmana da tətbiq olunur”. Deputatın sözlərinə görə, Qərb Azərbaycanı insan haqlarının pozulmasında təqsirləndirməklə ikili standartlar tətbiq edir. N.Valuyev sonda deyib: “İnsan haqları məsələsi ilə əlaqədar xatırlatmaq istəyirəm ki, London Olimpiadasına hazırlıq dövründə Britaniya qoşunları İraqda idi. Amma heç kəs heç nəyə görə narahat olmurdu. Bir sözlə, bütün bu hadisələr iyrənc təsir bağışlayır. Hərçənd, deməliyəm ki, bu cür qalmaqallar məni daha təəccübləndirmir”.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info