Ünvanlar yeni qaydalar əsasında veriləcək
Tarix: 29.01.2013 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2012-ci ildə həyata keçirilən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. İclasda çıxış edən komitə sədri Kərəm Həsənov bildirib ki, 2012-ci ildə dövlət əmlakının idarə olunması, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestrinin aparılması istiqamətlərində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilib.
Bildirilib ki, ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrası ilə bağlı 2013-cü il üçün İş Planı təsdiq edilib və müvafiq tədbirlərin yerinə yetirilməsinə başlanılıb. Hazırda komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, yalnız ötən il ərzində Bakı şəhəri və ölkənin müxtəlif regionlarından daxil olmuş 1 600-ə yaxın elektron müraciət qeydə alınıb və icra edilib. İclasda bildirilib ki, hesabat müddətində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 20 normativ hüquqi xarakterli sənəd layihəsi hazırlanıb. Həyata keçirilən təhlillər nəticəsində ərazi qeydiyyat idarələrində əmlaklara dair arayışlar 1 gün ərzində, təkrar bazardan keçmiş əmlaklara dair çıxarışlar isə 7 gündən gec olmayaraq təqdim edilir. Həmçinin, daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha yaxşılaşdırılması və bu sahədə operativliyin təmin olunması məqsədi ilə DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinin yeni Yasamal, Suraxanı, Nəsimi, Nizami və Səbail rayon qeydiyyat şöbələri fəaliyyətə başlayıb. Azərbaycanda ünvan reyestri informasiya sisteminin yaradılması ilə bağlı işlər başa çatdırılmaq üzrədir, cari ildən ünvanlar yeni qaydalar əsasında veriləcək, küçə və binalara müasir dizaynlı ünvan lövhələri vurulacaq.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info