“Azərbaycana qarşı kampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir”
Tarix: 19.06.2015 | Saat: 02:16:00 | E-mail | Çapa göndər


“Bakıda keçirilən I Avropa Oyunları Azərbaycanla bağlı xeyli müzakirəyə səbəb olub”. “Opinion-internationale.com” saytının məlumatına görə, bu sözləri Fransa senatının üzvü Natali Qule deyib. Onun sözlərinə görə, bəzi tənqidçilər Azərbaycanda “demokratik dəyərlər”in tanınmadığını iddia edirlər: “Azərbaycan 24 yaşlı çox gənc bir ölkədir. Aşkar şəkildə Ermənistanla müharibə şəraitindədir, tez-tez ölüm halları baş verir. Amma bu barədə danışılmır”.
Onun sözlərinə görə, Azərbaycan Avropa Şurası ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində işləyir: “Seçki prosesi təkmilləşdirilib. Əlbəttə ki, problemlər hələ də var. Lakin ölkəyə qarşı kampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir. Bəli, bütün Avropa ölkələri, o cümlədən İsrail İslam Konfransına daxil olan ölkədə keçirilən Oyunlarda təmsil olundu. Ermənistan da həmçinin Azərbaycan hökumətinin və erməni idmançıların cəsarətli addımı ilə bu Oyunlarda iştirak etdi”.
Senat üzvünün sözlərinə görə, geostrateji baxımdan Azərbaycan Avropa ilə müttəfiqdir: “Cənubi Qafqazda real suverenliyini saxlayan yeganə ölkə Azərbaycandır. Bu ölkə həmçinin neft, qaz və kənd təsərrüfatı sahəsində də Fransa üçün mühüm ticarət tərəfdaşıdır. Azərbaycan sürətlə inkişaf edir. 1921-ci ildən Azərbaycanda qadınlara səs vermə hüququ verilib. Tamamilə dünyəvi respublikadır. Burda yəhudi icması, xristian kilsəsi var, xristianlarla heç bir problem yoxdur. İslam Konfransına aid bir ölkə olmasına baxmayaraq, İsrail ilə sıx diplomatik əlaqələri var. Burada heç vaxt antisemitizm problemlər olmayıb. Azərbaycan radikal islama qarşı mübarizə aparır və “İŞİD”ə qarşı müttəfiqlər arasında yer alır”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info