Doğrulmayan ümidlər
Tarix: 19.06.2015 | Saat: 02:17:00 | E-mail | Çapa göndər


Bakıya gəlmiş əcnəbi jurnalistlər antiazərbaycan
dairələrini niyə pərişan edir?

Bakıda keçirilən Avropa oyunlarında yalnız çatışmazlıqlar axtaran və yarışı neqativ fonda təqdim edən anti-Azərbaycan dairələri, sən demə, yalnız bizdən yox, Bakıda olan xarici jurnalistlərdən də narazıdırlar.
Səbəb?
Məlum olduğu kimi, Avropa Oyunlarını işıqlandırmaq üçün “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsində 800-dən çox xarici media nümayəndəsi qeydiyyatdan keçib və görünür, sözügedən dairələr onlara potensial “müttəfiq” kimi baxırdılar. Amma artıq Oyunların 6-cı günüdür, əcnəbi jurnalistlərin böyük əksəriyyəti isə “ümidləri doğrultmur”. Onlar Oyunların əsl mahiyyətinə uyğun olaraq idman sahəsi üzrə ixtisaslaşmış jurnalistlər olduğundan, təmsil etdikləri media orqanlarında da Avropa Oyunları, təşkilatçılıq, yarışlar və nəticələr haqda məlumat və analizlər dərc edir. Halbuki, antiazərbaycan dairələrin gözlədiyi başqa şeydir - onlara idman xəbərləri yox, Azərbaycandakı ictimai-siyasi vəziyyətə dair tənqidi məqalələr, “diktatura”, “mətbuata basqı”, “insan haqlarının pozulması”na dair icmallardır. Tərs kimi, Bakıdakı əcnəbi jurnalistlər tənqidi materiallar yaymırlar. Təbii ki, bu antiazərbaycan dairələrinin oyunların və ümumilikdə ölkəmizin gözdən salınması üçün hazırladıqları ssenariyə uyğun gəlmir. Və belə olan təqdirdə, həmin dairələr yeni “mövzu” kəşf ediblər - indi onlar iddia edirlər ki, güya tənqid və böhtan dolu məqalələrin olmaması Azərbaycan hökumətinin əcnəbi jurnalistlərin fəaliyyətinə “məhdudiyyət tətbiq etməsi”nin nəticəsidir. Amma bu iddianı da arqumentləşdirmək asan deyil. Axı, Azərbaycanda qeydiyyatdan keçən əcnəbi jurnalistlərdən heç biri onlara hansısa qadağanın qoyulması və ya maneənin yaradılması haqda bir kəlmə də deməyib.
Antiazərbaycan dairələrinin əsəbiliyini anlayırıq, amma reallıq budur - Bakıya təşrif buyurmuş yüzlərlə jurnalist buraya böyük idman yarışını işıqlandırmağa gəlib və hansısa Qərb dairələrinin təsir vasitəsinə çevrilmək istəmir. Üstəlik onların Bakıda gördüyü mənzərə bəzi Qərb KİV-nin təsvir etdiyindən tamamilə fərqlənir. Azərbaycanda media üçün yaradılan şəraitin canlı şahidi olan, yaşayış yeri, nəqliyyat, qida ilə təmin olunan, dünya və olimpiya standartlarına uyğun media kəndində qalan, işləmək, yazmaq və yazdığını yaymaq üçün heç bir maneə görməyən əcnəbi jurnalisti zorla “tənqid” yazdırmaq istəyənlərə yalnız başsağlığı verə bilərik.
Keçmiş olsun.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
16.01.2019
Sarkozi: “Sizin çox güclü və önəmli ölkəniz var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info