Saymon Kleq: “Tamaşaçı iştirakından mәmnunam”
Tarix: 19.06.2015 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


“İyunun 18-də Avropa Oyunları çərçivəsində 14 mәkanda yarışlar keçirilib”.
Bunu “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib. O bildirib ki, 18 iyundakı yarışları 30 min tamaşaçı izləyib: “Dünәn gülәş üzrә son yarışlar keçirilib. Bu gün şәhәrin mәrkәzindә bәzi yollar bağalanacaq. Velosipedçilәr yollarla tanış olacaqlar. Sabah qadınlar arasında velosiped yarışları başlayacaq. Bu gün 12 idman növü üzrә yarışlar olacaq”.
S. Kleq yarışlara biletlәrin tapılmaması, lakin stadionlarda boş yerlәrin qalması mәsәlәsinә də aydınlıq gәtirib. Onun sözlәrinә görә, bәzi insanlar bilet almaq istәyir, ancaq ala bilmir: “Televiziyaya baxanda görürlәr ki, boş yerlәr var. Mövcud biletlәri tәkrar sata bilmәrik. Açıq hava yarışlarında insanlar çox qalmırlar. Hәmin yerlәr üçün tәkrar bilet satmaq imkanı yoxdur. Bәzәn bilet alırlar vә gәlmirlәr. Bәzәn qısamüddәtli qatılırlar. Kimsә bilet almaq istәyir, amma mümkün olmur. Tәəssüf ki, biletlәr satılmış olur”.
S. Kleq Avropa Oyunlarının birinci hәftәsinin gözlәnildiyi kimi keçdiyini söyləyib: “Bu, son 30 ayda aparılan planlaşdırmanın nәticәsidir. Bәzәn gündәlik xırda çәtinliklәr olur. Lakin bunlar böyük vә әhәmiyyәtli deyil. Ev sahibi olan ölkәnin nümayәndәlәrinin yarışlarda yüksәk nәticәlәri ab-havaya müsbәt tәsir edir. Tamaşaçı iştirakından mәmnunam. Bu, Azәrbaycan üçün yeni bazardır. Bilet alınması hәlә indi onlara aşılanır. Futboldan başqa digәr idman növləri üçün də bilet alma mәdәniyyәti tәdricәn inkişaf edir”.
S. Kleq qeyd edib ki, bilet satışından әldә olunan gәlir Oyunların tәşkilindә әsas komponent deyil: “Bazar tәzәdir. Biletlәr ucuzdur. Bәlkә dә insanları cәlb edәn әsas sәbәb budur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info