Avstraliyalı jurnalist Bakı haqqında: “Bura Romadır, Parisdir yoxsa Londondur?!”
Tarix: 19.06.2015 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Avstraliyanın “traveller.com.au” internet jurnalının Avropa Oyunları üçün hazırda Bakıda olan əməkdaşı Ben Groundwater Azərbaycandakı təəssüratları barədə yazıb.
Azərbaycanı parlaq gələcəyə, sürətli inkişaf dinamikası və təbii gözəlliyə malik ölkə adlandıran müəllif buranı mədəniyyətlərin qovşağı adlandırıb. Şəhər barədə danışarkən Bakının tanınmış Avropa şəhərlərindən geri qalmadığını deyən müəllif, “Bura Romadır, Parisdir yoxsa Londondur?!” deyərək heyrətini gizlətməyib.
Jurnalist binaların qərb memarlığına çox yaxın olduğunu, lakin şərq görkəmində olmasını heyrətamiz adlandırıb. Məqalədə Alov qüllələrinin müasir Azərbaycanın müasir rəmzi olduğu vurğulanıb. Azərbaycanın zəngin ölkə olduğunu qeyd edən media nümayəndəsi ölkədə çoxlu sayda brend mağazaların olduğunu, onların əksəriyyətinin alıcılarla dolu olduğunu vurğulayıb. Məqalədə Bakı barədə “Yeni Dubay” kəlməsi işlədilir və ölkədə keçirilən Avropa Oyunlarının məqsədinin həm də, Azərbaycanın imicinin daha da yüksəltmək olduğunu yazır.
Azərbaycanlıların dünyada güləş və boksda fəal olması, eləcə də Avroviziya 2011-dəki qələbələri ilə yadda qaldığı, Azərbaycana gəlməyin turistlər üçün də rahat olduğu, viza proseslərində bəzi sadələşdirilmələr aparıldığı qeyd edilir. Ölkəyə hətta “Kristal hall”da keçirilən konsertlər üçün gələnlər olduğu da vurğulanır.

Ben yazır ki, Azərbaycanın zəngin mədəniyyətinin özünü yeməklərdə, xalçalarda, gözəl İşərişəhərdə və 1000 illiklərlə yaşı olan Qız qalasında, eləcə də karvansaraylarda əks etdirir. Ölkədə 11 iqlimdən 9-nun yer aldığını deyən jurnalist regionlardakı təbii gözəlliyi də qeyd edir. Heydər Əliyev Mərkəzi isə Benin də ifadə etdiyi kimi, özünün bəyaz dalğaları ilə onu heyrətə gətirib. Azərbaycanın məhz bu mərkəz kimi, qeyri adiliyi və cəsarəti ilə yaddaşlarda qalan ölkə olduğunu vurğulayan müəllif Naftalan müalicəvi nefti, Qobustan dövlət qoruğu, Şəki şəhəri, Yanardağ və Şahdağ istirahət mərkəzini Azərbaycanda görməli yer kimi ilk “5-lik”də sıralayır.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info