Qax, Zaqatala və Balakən sakinləri ASAN-dan yararlanacaqlar
Tarix: 19.06.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu iyunun 18-dən etibarən Zaqatala şəhərində şimal-qərb bölgəsinə daxil olan Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə səyyar xidmətə başlayıb.
Əhaliyə xidmətlərin göstərilməsi üçün Zaqatala şəhərinin mərkəzində, rayon mədəniyyət evinin qarşısında xüsusi yer ayrılıb. Burada hamı üçün bərabər imkanlar yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, sənədlərini təqdim edir və növbəyə götürülürlər. Sonra onlar növbə əsasında avtobusa daxil olur və müraciətlərini edirlər. Vətəndaşlar vaxt itirmədən və heç bir maneə ilə rastlaşmadan öz istədiklərinə nail olurlar.
Xatırladaq ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi evlər üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim etmək, vətəndaş məmnunluğuna nail olmaqdır.
“ASAN xidmət”in səyyar avtobusu Zaqatalada iyulun 2-dək xidmət göstərəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur
23.01.2019
Sinoptiklər xəbərdarlıq edirlər...
23.01.2019
Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
23.01.2019
Laçınlı arıçılara 63 min 650 manat subsidiya ödənilib
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info