Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi artıb
Tarix: 19.06.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Muxtar respublika iqtisadiyyatının inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət şərait yaradıb. Cari ilin yanvar-may aylarında muxtar respublikada 141 milyon 845 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ixracın həcmi son bir il ərzində 3,2 faiz artaraq 122 milyon 829 min ABŞ dollarını ötüb, idxalın həcmi isə 60 faiz azalaraq 19 milyon 15 min ABŞ dolları həcmində olub. Xarici ticarət üzrə 103 milyon 814 min ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranıb.
Muxtar respublikada bank sektorunun fəaliyyəti də ümumi inkişafa uyğun olaraq genişlənməkdədir. 2015-ci il iyunun 1-nə olan məlumata görə, muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 43745-ə çatıb ki, bunun da 40154-ü və ya 91,8 faizi aktiv hesablardır. 2015-ci ilin yanvar-may aylarında açılan 5493 bank hesabı aktiv hesablar olub.
Qeyd olunan dövrdə muxtar respublikada 116 POS-terminal quraşdırılıb və bu göstərici 983-ə çatdırılıb.
2015-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 36252,1 min manat məbləğində kreditlər verilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 55,2 faiz çoxdur.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info