Sumqayıt və Abşerondakı dini icmaların nümayəndələri ilə görüş keçirilib
Tarix: 19.06.2015 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


İyunun 18-də Ramazan ayının başlanması ilə əlaqədar olaraq Dini Qurumlarla İş üzr Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri və fəal dindarlarla görüş keçirilib.
Görüşdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən surələr oxunub. Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Azər Abbasov çıxış edərək Ramazan ayının başlanması ilə əlaqədar dindarları təbrik edib. Şöbə müdiri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilərək dərc edilən Ramazan ayının təqviminə əməl edilməsinin vacibliyini din xadimlərinin diqqətinə çatdırıb.
Dini sahədə düzgün maarifləndirmənin vacibliyini qeyd edən A.Abbasov Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq dini icmalara maliyyə vəsaitlərinin ayrılmasının Dövlət Komitəsi tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.
Çıxış edən din xadimləri və icma sədrləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. İcmaların fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda icma sədrləri və din xadimlərinə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunmuş kitablar və çap vəsaitləri, həmçinin QMİ tərəfindən təsdiq edilərək dərc edilən Ramazan təqvimləri təqdim olunub.
Sumqayıt şəhərində isə Ramazan ayının başlanması ilə əlaqədar olaraq dini icmaların sədrləri, din xadimləri və fəal dindarlarla görüş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və QMİ-nin Sumqayıt şəhəri üzrə qazisinin birgə təşkilatçılığı ilə keçirilib.
Çıxış edən QMİ-nin Sumqayıt şəhəri üzrə qazisi Rauf Sərdarov Ramazan ayının gəlişi münasibətilə dindarları təbrik edib.
Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Azər Abbasov Ramazan ayının bütün müsəlman dünyasında birlik, bərabərlik ayı olduğunu qeyd edib və dini həmrəyliyin bu ayda da qorunub saxlanılması üçün din xadimlərinin və dini icmaların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Dini qurumlarla iş üzrə şöbənin məsləhətçisi Əli Həziyev dini icmalara maliyyə vəsaitlərinin ayrılması üçün layihənin təqdim olunma qaydaları barəsində icma sədrlərinə məlumat verib.
Sonda dini icma sədrlərini və din xadimlərini maraqlandıran suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info