Ramiz Alıyev Litva mətbuatına “Bakı-2015”dən danışıb
Tarix: 19.06.2015 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Politoloq Ramiz Alıyev İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Litvanın “penki.lt” portalına açıqlama verib. O bildirib ki, Azərbaycanla Avropanı və Avropaya daxil olan ölkələri xüsusi bir bağla bağlayan mühüm hallar var: “Son dövrlərdə Avropaya inteqrasiya nəticəsində bir çox dünya və Avropa əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi buna əyani sübutdur. Tolerantlıq, mədəniyyətlər və dinlər arası dialoqların, humanitar forumların, beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsi buna bir sübutdur. Qeyd etməliyik ki, Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də məhz Litva Respublikasıdır. Azərbaycanla Litva arasında belə bir əməkdaşlığın olması həmdə xalqların yaxınlığı kimi qiymətləndirmək lazımdır. Hər iki ölkənin tarixində müəyyən oxşarlıqlar da mövcuddur. Ona görə həm sadə insanlarımız, həm biznes qurumlarımız, həm də dövlət və hökumət nümayəndələri səviyyəsində uğurlu əməkdaşlıqlar mövcuddur. Litva şəhərləri ilə Azərbaycan şəhərlərinin qardaşlaşmış şəhərlər olması bu sadaladıqlarıma əyani sübutlardan biridir. Litva dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb və haqlı olaraq Azərbaycanı dəstəkləyib. Azərbaycan tərəfi də öz növbəsində hər zaman Litva dövlətinin və xalqının maraqlarını əks etdirən məqamlarda bu ölkənin yanında olub. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə xoş münasibət bəsləyən ölkələrdən biri də qardaş Litvadır. Bu yarışlarda Litva idmançılarının yüksək səviyyədə təmsil olunaraq yaxşı nəticələr əldə edəcəyinə inanırıq. Bu idman yarışı sülhün qardaşlığın təbliğatçısıdır. Azərbaycan Avropa idmançılarını bu idman yarışında bir ailə kimi qəbul edib yüksək təhlükəsizlik şəraitində yarışlarda iştirakını təmin edir. Hətta Azərbaycan torpaqlarını işğal edən Ermənistan idmançılarının da təhlükəsizlik şəraitində bu yarışlara qatılmasına şərait yaradılıb. Sevindirici haldır ki, bu yarışlarda iştirak edəcək idmançılar arasında bizə dost, qardaş olan Litva ölkəsinin də idmançıları var. Hesab edirəm ki, bu idman yarışlarından sonra həm Litva ilə, həmçinin də digər dost ölkələrlə Azərbaycanın əlaqələri daha da möhkəmlənəcək. Birinci Avropa Oyunlarında Litva idmançılarına uğurlar arzulayırıq və inanırıq ki, Litva idmançıları xalqın arzuladığı nəticələri göstərəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info