Serbiya Olimpiya Komitəsi:“Açılış Azərbaycanın müasir Avropadakı yerini göstərdi”
Tarix: 19.06.2015 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Bakıda I Avropa Oyunlarının açılış mərasimi son dərəcə gözəl idi. Bu barədə Serbiya Olimpiya Komitəsinin vitse-prezidenti Jarko Paspal deyib.
O, I Avropa Oyunlarının açılış mərasimindən həzz aldığını bildirib: “Əminəm ki, idmançılar da həzz alıb. Açılış mərasimi özündə Azərbaycan mədəniyyəti və adətlərini birləşdirirdi. Digər tərəfdən, mərasim əyani şəkildə Azərbaycanın müasir Avropadakı yerini göstərdi”.
J.Paspal qeyd edib ki, Azərbaycan və I Avropa Oyunları Təşkilat Komitəsi böyük bir işin öhdəsindən gəlib: “Atletlər kəndi və bütün idman arenaları mükəmməl inşa edilib. İdmançıların Oyunlarda yüksək nəticə göstərmələri üçün gözəl şərait yaradılıb. Təşkilat Komitəsində əvvəlki Olimpiya Oyunlarında təcrübə qazanmış peşəkarlar çalışır. Artıq deyə bilərik ki, I Avropa Oyunları uğurla keçir”.
O həmçinin bildirib ki, Serbiyanı I Avropa Oyunlarında 132 idmançı təmsil edir: “Çox güclü komandamız var. İdmançılarımız 5 qızıl və 3 gümüş olmaqla, 8 medal qazanıb. Qarşıda bizi baydarka və kanoedə avarçəkmə, kamandan oxatma, taekvondo yarışları gözləyir. İdmançılarımızın yaxşı çıxış edəcəyinə ümid edirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info