Azərbaycan taekvondoçuları yarışları üç qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar
Tarix: 20.06.2015 | Saat: 05:33:00 | E-mail | Çapa göndər


"Bakı-2015" birinci Avropa Oyunlarının "Baku Crystal Hall"da keçirilən taekvondo yarışlarının dördüncü günündə Azərbaycan təmsilçiləri üçüncü qızıl medallarını qazanıblar. Kişilər arasında səksən kiloqramdan yuxarı çəki dərəcəsində yarışan Azərbaycan taekvondoçusu, dünya çempionu Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ilk Avropa Oyunlarının taekvondo yarışlarının sonuncu günündə - iyunun 19-da dayanq üzərində qadınlar 67 kiloqramdan yuxarı, kişilər isə 80 kiloqramdan yuxarı çəki dərəcələrində güclərini sınayıblar.
Azərbaycan taekvondoçusu, dünya çempionu Radik İsayev yarışa dörddəbir finaldan qoşulub və bu mərhələdə hollandiyalı Yeroen Vanroiyu 8:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Daha sonra sloveniyalı İvan Konrad Trajkoviçə böyük hesabla (17:2) qalib gələrək finala vəsiqə qazanıb.
Final görüşündə rusiyalı Vladislav Larini 4:3 hesabı ilə məğlub edən Radik İsayev birinci Avropa Oyunlarının çempionu olub və Azərbaycanın "Bakı-2015"-də qazandığı qızıl medalların sayını 13-ə çatdırıb.
Bürünc medallara isə xorvatiyalı Verdan Qolec və ispaniyalı Daniel Qomez Ros sahib olublar.
Qadınların yarışında Azərbaycan taekvondoçusu Marina Tedeyeva ilk görüşündə ukraynalı Marina Konievaya 4:10 hesabı uduzaraq mübarizəni dayandırıb.
Bu yarışın qalibi Fransa idmançısı Qvladis Epanque olub. O, finalda serbiyalı Milika Mandiki 9:8 hesabı ilə məğlub edərək "Bakı-2015"-in qızıl medalını qazanıb. Xorvatiyalı İva Rados və rusiyalı Olqa İvanova bürünc medalları bölüşüblər.
Bununla da "Bakı-2015"-də taekvondo yarışlarına yekun vurulub.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
“Qarabağ“ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi: Albaniyanın “Partizani“ klubu
18.06.2019
Ölkəmizi uğurla təmsil etməyə çalışacam
18.06.2019
Daha beş güləşçimizin rəqibi müəyyənləşdi
17.06.2019
“Neftçi“ və “Səbail“in 5 potensial rəqibi açıqlandı
17.06.2019
“Çelsi“ “Barselona“ və “Atletiko“nun təklifini rədd etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info