Gənclər Təşkilatları Milli Şurasının Oyunlara dəstəyi davam edir
Tarix: 22.06.2015 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Avropa Oyunlarına dəstəyi davam edir. Bu barədə şuradan daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, ARGTMŞ-nin ofisində, təşkilatın sədri Şahin Seyidzadə, “Bakı 2015” 1-ci Avropa Oyunlarının logosunun müəllifi Adəm Yunisov və “Neftçi” PFK Uşaq Akademiyasının koordinatoru, Azәrbaycanda idman üzrә yeganә Fәlsәfә Elmlәri doktoru Asif Əliyev ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları ilə görüşüblər.
Görüş zamanı “Bakı 2015” 1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin tarixi əhəmiyyəti, “idman ölkəsi” kimi tanınan Azərbaycanda yeni idman növlərinə olan marağın yaranması və Avropa Oyunlarının loqotipinin ideyası, әrsәyә gәlmәsi, fəlsəfəsindən bəhs olunub.
Tədbir ARGTMŞ-ın sədri Şahin Seyidzadənin açılış nitqi ilə ilə başlayıb. Avropa Oyunlarının gənclərin məşğulluğu, könüllülük hərəkatı, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi sahəsində verdiyi töhfələrdən danışan təşkilat sədri gənclər təşkilatları tərəfindən oyunların əhəmiyyətin təbliğinin vacib olduğunu bidlirib. O, həmçinin qeyd edib ki, ARGTMŞ Avropa Oyunlarına dəstək və oyunların onlayn təbliği məqsədi ilə “twitter” soisial şəbəkəsində kampaniya həyata keçirir.
“Bakı 2015” 1-ci Avropa Oyunlarının loqosunun müəllifi Adəm Yunisov çıxışı zamanı Avropa Oyunlarının loqosunun ərsəyə gəlməsi, onun ideyası və fəlsəfəsindən danışıb. O, loqtipin Azərbaycanın dərin tarixi, mədəni köklərinə söykəndiyini bildirib və iştirakçıların Avropa Oyunlarının dizayn konepsiyası ilə bağlı suallarını cavablandırıb.
Görüşdə çıxış edən Azәrbaycanda idman üzrә yeganә Fәlsәfә Elmlәri doktoru Asif Əliyev Azərbaycanda ənənəvi və yeni idman növlərindən danışıb. O, Azərbaycanda idman oyunlarının tarixi, onun inkişaf yolu və Avropa Oyunlarının ölkəmizdə yeni idman növlərinə marağın artmasına verdiyi töhfələrdən danışıb.
Görüş zamanı həmçinin ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallarının sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info