“Almaniyanın fikir, düşüncə azadlığına qarşı yönəlmiş addımı bağışlanmayacaq”
Tarix: 22.06.2015 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Ərdoğan: “Terror təşkilatlarının üzvləri Almaniyada rahatlıqla fəaliyyət göstərirlər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini kəskin tənqid edib. "Anadolu" agentliyinin verdiyi məlumata görə, iftar məclisində iştirak edən Türkiyə prezidenti çıxışı zamanı "Al Jazeera" telekanalının əməkdaşı Əhməd Mənsurun Almaniyada saxlanılmasına münasibət bildirib.
Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Qərb son illərdə demokratiya, insan hüquqları və ləyaqətinin qorunması sahələrində çətin imtahan verir. Onun sözlərinə görə, Qərb ölkələri öz vətəndaşları üçün vacib hesab etdikləri hüquqları İslam ölkələrinin hüquqları pozulan vətəndaşları üçün çox görürlər. Türkiyə prezidenti "Al Jazeera" əməkdaşının Misir hakimiyyətinin tələbi ilə Berlin hava limanında saxlanılmasını Almaniya hökumətinin maddi maraq qarşılığında söz azadlığını pozmaq cəhdi kimi qiymətləndirib. Ərdoğan deyib ki, Türkiyəni terrorla mübarizədə tək qoyan, ərazilərində terrorçuların sərbəst gəzməsinə şərait yaradan Avropa ölkələri qiyamçıların tələbi qarşısında fərqli davranırlar: "Hazırda terror təşkilatlarının üzvləri Almaniyada rahatlıqla fəaliyyət göstərirlər. Bütün sənədləri təqdim etməyimizə rəğmən səslərini çıxarmayanlar bu gün "mətbuat azadlığı" deyə-deyə "Al Jazeera"nin önəmli əməkdaşını həbs edirlər! Niyə? Misirin generalları əmr edib. Niyə? Ordan 8,5 milyard avroluq sifariş verib. Pul, mənfəət... Sən nələrə qadirsən?".
Ərdoğan bəyan edib ki, Almaniya hökumətinin fikir, düşüncə azadlığına qarşı yönəlmiş addımı bağışlanmayacaq.
"Al Jazeera" telekanalı da Almaniya hakimiyyətindən jurnalist Əhməd Mənsuru dərhal azad etməyə çağırıb. Telekanal bəyan edib ki, o, ərəb dünyasının aparıcı jurnalistlərindən biridir və dərhal azad edilməlidir.
Qeyd edək ki, Misirin baş prokuroru Hişam Bərəkət “İnterpol”a və Almaniya hakimiyyətinə Əhməd Mənsurun ekstradisiyası xahişi ilə müraciət edib. Qahirə məhkəməsi Misir və Britaniya vətəndaşı olan jurnalist barəsində qiyabi olaraq 15 il azadlıqdan məhrumetmə qərarı çıxarıb. O, 2011-ci il etirazları zamanı Təhrir meydanında hansısa vəkilə işgəncə verilməsində təqsirli bilinir. "Al Jazeera" rəhbərliyi isə Əhməd Mənsuru günahsız sayır, Misir məhkəməsinin qərarını jurnalistləri susdurmaq cəhdi kimi qiymətləndirir.
Ötən gün həmkarları ilə telefon əlaqəsi saxlayan jurnalist bildirib ki, bu gün Almaniya məhkəməsi onun taleyi ilə bağlı qərar qəbul edəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info