“ABŞ Ukraynada dövlət çevrilişinə 5 mlrd dollar xərcləyib”
Tarix: 22.06.2015 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Nikolay Patruşev: “Çevriliş olmasaydı nə Krımdakı, nədə ki Ukraynanın şərqindəki hadisələr baş verməyəcəkdi”

“ABŞ Ukraynada dövlət çevrilişinin əsil təşəbbüskarı olaraq onun təşkilinə 5 mlrd dollar xərcləyib”.
“TASS”ın verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Kommersant” nəşrinə müsahibəsində bildirib.
“Məhz hakimiyyətin devrilməsi Ukraynada sonradan baş verən hadisələrə təkan oldu. ABŞ dövlət katibi Con Kerrinin Viktoriya Nuland adında köməkçisi ABŞ-ın bu hadisələri təşkil etmək üçün 5 mlrd dollar xərclədiyini bildirib”.
“Aydındır ki, bu ölkədə sabitliyin pozulması layihəsinin arxasında Rusiyanın kəskin zəifləməsi üçün bir vasitənin yaradılması cəhdi durur . Eyni zamanda Aİ ölkələrini tabeçilikdə saxlamaq məqsədi də həll olunur. Bu ölkələr, mövqeyi və milli maraqları nəzərə alınmadan, əksər hallarda Rusiyaya qarşı sanksiyalar qəbul etməyə və addımlar atmağa vadar etdirilir”, deyə Patruşev qeyd edib.
Patruşevin sözlərinə görə, ABŞ Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi bəyənmədiyindən onu zorla hakimiyyətdən devirməyə qərar verib.
“Bu onların siyasi səhvi olub. Onlar əgər gözləsəydilər lazımi adamları qanuni yolla hakimiyyətə gətirə bilərdilər. Lakin onlar dövlət çevrilişini təşkil etdilər. Çevriliş olmasaydı nə Krımdakı, nədə ki Ukraynanın şərqindəki hadisələr baş verməyəcəkdi”, deyə Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib.
Patruşevin sözlərinə görə, Yanukoviçin Aİ ilə assosiativ sazişi imzalamaqdan imtina etməsinə Moskvanın təzyiqi səbəb olmayıb. “O sadəcə sazişin mahiyyətini və onun imzalanmasının hansı nəticələrlə yekunlaşacağını anlamırdı. Ukrayna MDB-nin azad ticarət zonasına daxildir və Yanukoviçə o zaman bu cür addımın fəsadları izah edildi. O əvvəl bunları nəzərə almamışdı və məsələlərə aydınlıq gətirmək məqsədilə fasilə vermək qərarına gəldi”, deyə Patruşev bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynadakı vətəndaş münaqişəsinə müdaxilə etmək niyyəti yoxdur lakin rusiyalıların münaqişə zonasına axınına mane ola bilmir.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info