Atletikanın üç növü üzrə yarışlarda idmançılarımız uğurla çıxış ediblər
Tarix: 22.06.2015 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


İlk Avropa Oyunları çərçivəsində iyunun 21-də Bakı Olimpiya Stadionunda keçirilən atletika yarışlarının birinci günü başa çatıb.
Dünən gün ərzində kişilər arasında çəkic atma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma yarışları, həmçinin 100, 400, 1500, 5000 metr məsafəyə, 4x100 metr məsafəyə estafet və 400 metr məsafəyə sədlərlə qaçış yarışları keçirilib.
Bundan başqa, qadınlar arasında şüvüllə tullanma, üçtəkanla tullanma, disk atma, nizə atma, həmçinin 100, 400, 800, 3000 metr məsafəyə, 4x100 metr məsafəyə estafet, 400 metr məsafəyə sədlərlə, 3000 metr məsafəyə maneələrlə qaçış yarışları baş tutub.
Kişilər arasında 1500 metr məsafəyə qaçış yarışında Azərbaycanı təmsil edən Hayle İbrahimov finiş xəttinə birinci çatıb.
Qadınlar arasında 3000 metr məsafəyə maneələrlə qaçış yarışında isə Azərbaycan atleti Çaltu Beji finiş xəttini birinci keçib.
Hayle İbrahimov kişilər arasında 5000 metr məsafəyə qaçış yarışında da birinci olub.
Qadınlar arasında 800 və 3000 metr məsafəyə qaçış yarışlarında ölkəmizi təmsil edən Anastasiya Komarova və Bontu Megersa finiş xəttini üçüncü keçiblər.
Yarışın birinci gününün son nəticələrinə görə, Azərbaycan komandası 215 xalla 5-ci yerdə qərarlaşıb. Birinci yerdə isə 250 xalla Avstriya komandasıdır.
Kişilər və qadınlar arasında 40 növ üzrə keçirilən atletika yarışları iyunun 22-də başa çatacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info