Litvalı idmançı: “Hər şeyin bu qədər yaxşı təşkil ediləcəyini gözləmirdim”
Tarix: 22.06.2015 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


“Azərbaycan I Avropa Oyunları çərçivəsində idmançılar üçün bütün lazımi şəraiti yaradıb”. Bu barədə jurnalistlərə I Avropa Oyunlarının iştirakçısı, Litvanın suya tullanma üzrə təmsilçisi İndre Qirdauskayte deyib.
O, Atletlər kəndində idmançılar üçün yaradılmış şəraiti xüsusi qeyd edib: “Bütün yarışlarda olduğu kimi, adi mehmanxanada qalacağımızı gözləyirdim, lakin gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Hər şeyin bu qədər yaxşı təşkil ediləcəyini gözləmirdim. Bura gəlib yarışlarda iştirak etdiyim üçün çox şadam”.
İdmançı, həmçinin Bakı haqqında təəssüratlarını paylaşıb: “Bakı çox gözəl şəhərdir. Xüsusilə də paytaxtda gecə gəzintilərimiz yaddaqalan oldu. Heç qayıtmaq istəmirəm. Təəssüflər olsun ki, çox az gəzib gördük. Ümid edirəm ki, burada yenə yarışlar təşkil ediləcək və mən Bakı ilə daha yaxından tanış ola biləcəyəm”.
İ.Qirdauskayte sözlərinə görə, I Avropa Oyunlarında nəticələri ümidləri doğrultmasa da, bu yarışlarda iştirak etmək müəyyən təcrübə qazanmaq üçün ilk imkan olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info