“Avropalılar Moskvaya səfər edəndə ABŞ-ın təzyiqi ilə rastlaşırlar”
Tarix: 22.06.2015 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


“ABŞ Rusiyanın ölkə kimi mövcud olmamasını istəyir”. “TASS”ın verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. “Onlar (ABŞ) çox istəyirlər ki, Rusiya, ümumiyyətlə, bir ölkə kimi, mövcud olmasın”, deyə Patruşev “Kommersant” nəşrinə müsahibəsində bildirib.
“Biz çox böyük sərvətə malikik. Amerikalılar isə hesab edirlər ki, biz bu sərvətlərə qanunsuz sahiblik edirik və buna heç layiq deyilik, çünki, onların fikrincə, biz bu sərvətlərdən lazımi qaydada istifadə etmirik”, deyə Patruşev qeyd edib. Rusiya Təhlükəsizlik Şurasının katibi bununla bağlı ABŞ-ın sabiq dövlət katibi Madlen Olbraytın açıqlamasını xatırladıb. Madlen Olbrayt vaxtilə bəyan etmişdi ki, nə Uzaq Şərq nə də ki Sibir Rusiyaya məxsus deyil.
Patruşev qeyd edib ki, ABŞ Avropa ölkələrini Rusiyaya qarşı kökləyərək onları sanksiyalar tətbiq etməyə vadar edir: “Qərbdə anlayırlar ki, Krımda baş verənlərin hamısı qanuni olub, yəni referendum və sair əsasında baş verib. Onların, əslində, Krımla bağlı heç bir etirazları da yoxdur. Və mən düşünürəm ki tədricən hər şey öz axarına qayıdacaq”, deyə Patruşev qeyd edib.
O daha ABŞ-ın Avropaya təzyiqi ilə bağlı daha bir misal gətirib: “Dəfələrlə avropalılardan kimlərsə Moskvaya səfər etmək niyyəti barədə məlumat verib, səfərin tarixi əvvəlcədən müəyyənləşdirilib. Lakin sonradan yazılı məktub göndərilib və səfərin hansısa səbəbdən baş tutmayacağı bildirilib. Qeyri-rəsmi isə bildirilib ki, amerikalılar güclü təzyiq edərək səfər etməməyə tövsiyə edib”, deyə Patruşev qeyd edib.
Rusiya Təhlükəsizlik Şurasının katibi bunun səbəbinin amerikalıların güclü, avropalıların isə iradəsiz olmasındadır: “ABŞ həmişə dünyada hakim mövqe tutmağa çalışır. Bu məqsəd onların doktrinalarında yer alıb. Hələlik onlar bunu edə bilir: dünyadakı dəyişiklərə baxmayaraq, onlar hələ ki hakim mövqedədir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info