“Avropa Rusiyaya tətbiq edilən sanksiyalardan əziyyət çəkir”
Tarix: 22.06.2015 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


“Die Welt”: “Sanksiyalar nəticəsində Avropa 100 milyard avro və 2 milyondan artıq iş yeri itirəcək”

“Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar səbəbindən Rusiyada yaşanan iqtisadi çətinliklər yaxın illərdə Avropanın özü üçün böyük fəsadlara səbəb ola bilər. Bu, ilk növbədə, Avropanın üçün 100 milyard avro və iki milyondan artıq iş yerinin itirilməsi ilə nəticələnəcək”.
Bu fikirləri Almaniyanın gündəlik “Die Welt” nəşri Avstriya İqtisadi Tədqiqatlar İnstitutunun tədqiqatlarına istinad edərək bəyan edib. “Ötən ilin payızından bəri nəzərə çarpmaqda olan ixracat azalması artıq reallıq kimi göz önündədir. Əgər yaxın vaxtda vəziyyətin kökündən dəyişməsinə nail ola bilməsək, o halda ən pessimist ssenari ilə üzləşəcəyik”. Bu fikirləri Avstriya İqtisadi Tədqiqatlar İnstitutunun aparıcı mütəxəssislərindən olan Oliver Fritz bildirib. Araşdırmalar görə, hazırda bu sanksiyalardan ən çox əziyyət çəkən Almaniyadır. Vəziyyət dəyişməsə, yaxın illərdə bu ölkədəki məhsuldarlıq xeyli aşağı düşəcək. Nəticələr göz önündədir. Təbii ki, başqa Avropa ölkələrinin bu sanksiyalardan az əziyyət çəkdiyini də demək düzgün olmazdı. İnstitutun mütəxəssislərinə görə, İtaliya təxminən 200 mindən, Fransa isə 150 mindən artıq iş yerinin itirilməsi ilə razılaşmalı olacaq. Alman nəşrinin məlumatına görə, bütün bunlara rəğmən Avropa Komissiyası Rusiyaya tətbiq edilmiş sanksiyaları "mənasız və aradan qaldırıla bilən” kimi dəyərləndirib. Qeyd edək ki, artıq Avropada başa düşməyə başlayıblar ki, Moskva ilə münasibətlərin pisləşməsi onların özünə zərbə olacaq. Belə davam edərsə, Rusiya bazarında Qərb texnologiyası Çin məhsulları ilə əvəzlənə bilər. Ona görə də Rusiya ilə uzun müddətdən bəri xüsusi əlaqələrdə olan bir sıra Avropa şirkətləri mövqelərini itirməmək üçün bu ölkəni tərk etmək istəmir. Fransanın “Les Eshos” nəşrinin yazdığına görə, xarici şirkətlər yenə də əvvəlki kimi Rusiyada işləmək istəyirlər. Məhz elə buna görə də Rusiyada yaşanan çətinliklər və Qərbin sanksiyalarına baxmayaraq Rusiya bazarını tərk etməyə tələsmirlər. Bəziləri hətta belə iddia edir ki, bu ölkədə biznes üçün ideal şərait yaranıb. Fransa qəzeti yerli bankir Sedrik Etlişera istinadən bildirir ki, Avropadan ərzaq məhsullarının idxalına qoyulan qadağalar Rusiyada istehsalın inkişafına təkan verib. Başqa bir fransalı iş adamı, “RZ Aqro” şirkətinin ümumi meneceri, əkinçilik ərazilərinin investisiyası ilə məşğul olan Stefan Mak Farlan isə bildirir ki, hazırda Rusiyada yaşanan böhran böyük ehtimalla bu ölkədə yeni torpaq mülkiyyəti almağa imkan verir: “Sanksiyalardan sonra Rusiyada qiymətlər xeyli düşüb. Bəzi borclu sahibkarlara likvidlik lazımdır. Ona görə də bu ölkədə torpaq sahələri almaq mümkündür”. Qəribə də olsa, nəşrin iddiasına görə, Rusiyanın kənd təsərrüfatı rəhbərliyi mövcud vəziyyətdən razıdır. Nəşr Rusiya iqtisadiyyatında yaşanan çətin vəziyyətə baxmayaraq, "iş dünyasında hələ də nikbinlik işığının” mövcud olduğunu bəyan edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”
18.09.2019
Macarıstanda Türk Konseyinin Avropa Qərargahı açılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info