Koreyalı qonaqlar Qəbələdə olublar
Tarix: 22.06.2015 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Koreya Respublikasının Gyeongsangbuk-do əyaləti qubernatorunun beynəlxalq əlaqələr üzrə müavini Honq Jong-Kyoungun başçılıq etdiyi nümayəndə heyəti tanışlıq məqsədilə Qəbələ rayonuna səfərə gəlib.
Koreyalı qonaqlar əvvəlcə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşüblər. Görüşdə tərəflər arasında müxtəlif sahələr üzrə geniş fikir mübadiləsi aparılıb. Sonra Koreya nümayəndə heyətinin üzvləri rayonun qədim tarixi, müasir inkişafı, füsunkar təbiəti və bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar. Əvvəlcə Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanış olan qonaqlara məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.
Daha sonra “Beltmann” piano fabriki ilə tanış olan Honq Jong-Kyounga bildirilib ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilməsi mümkündür. Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olan qonağa məlumat verilib ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Qəbələ konserv zavodu, stend və ox atıcılığı kompleksi, Çuxur Qəbələ kəndindəki qədim Qəbələ şəhərinin ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələrinin saxlanıldığı sərgi mərkəzi, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanış olan qonağa Qəbələ rayonunda sosial-iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar haqqında danışılıb. Həmçinin rayonun turizm və kənd təsərrüfatı sahəsindəki potensial imkanları, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində Qəbələyə səfər edən turistlərin sayının artım dinamikası haqqında məlumat verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info