İrqçiliyin tüğyan etdiyi ölkə
Tarix: 22.06.2015 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


ABŞ-da ağdərili gəncin 9 qaradərilini güllələməsi, ölkədə insan haqları və irqçiliklə bağlı “aysberq”in görünən tərəfidir
Qaradərili və ağ amerikanların bərabər hüquqlara malik olması uğrunda mübarizə vaxtları arxada qalıb: ayrı-seçkiliyə qarşı kütləvi çıxışlar artıq 50 ildən artıqdır baş verib. Onlardan biri 1965-ci ilin yazında qan tökülməsi ilə nəticələndi. Amma 50 il keçəndən sonra da ABŞ, iqrçilik problemlərinin həll edilməsindən çox uzaqdır. 2008-ci ildə ölkənin prezidentinin afroamerikan Obama seçilməsinə baxmayaraq, bu sahədə problemlər hələ də qalır. Bu barədə “Euronews” yazır. Qeyd edilir ki, 1865-ci ildə quldarlığın ləğv edilməsi və qaradərililərə vətəndaşlıq verilməsinə baxmayaraq, onların bir çox hüquqları tanınmamış qaldı. Düz 100 il keçəndən sonra - 1965-ci ildə ayağa qalxmış kütlələr Martin Lüter Kinqin çıxışlarını dinləyirlər. Elə məhz həmin il seçici hüquqları ilə bağlı qanun qəbul edildi və qaradərililərə ABŞ-dakı bütün seçkilərdə iştirak etmək hüququ verildi.
Amma qanunun kağız üzərində qəbul edilməsi başqa, onun real həyatda tətbiq edilməsi isə tamam başqa məsələdir. Rasizm, öncəki kimi ABŞ cəmiyyətini parçalayır. 1967-ci ildə qaradərili sürücünün ağ polis tərəfindən öldürülməsi nəticəsində ölkəni kütləvi iğtişaşlar bürüdü və 43 nəfərin ölümü, 400 nəfərin yaralanmasına səbəb oldu. 1980-ci ildə isə Mayamidə həyəcan dalğası başladı - Polislərin ölənə qədər döyərək öldürdükləri qaradərili Artur MakDaffiyə görə şəhəri etirazlar bürüdü. Nəticədə 18 nəfər öldürüldü.
1992-ci ildə dörd polis günahsız qaradərili sürücünü döyür. Şəhərlərin küçələrinə 100 min nəfərə yaxın adam çıxır, 55 nəfər öldürülür.
Bəs qaradərili prezientin hakimiyyətə gəlməsindən sonra situasiya dəyişdimi?
Demək olar ki, heç nə dəyişməyib...
ABŞ-ın birinci qaradərili prezidenti irqçiliklə bağlı diskriminasiyaya qarşı heç bir yeni qanun imzalamayıb. O, sadəcə, Ədliyyə Nazirliyində bərabərhüquqluluq barəsində məsələlərə cavabdeh olan xüsusi departamentlər yaradıb. Amma ABŞ-da rasizm əvvəlki kimi qızğın mübahisə predmeti olaraq qalır. 2012-ci ildə polis Corc Tsimmerman qaradərili Treyvon Martini güllələyib. Çoxsaylı etiraz aksiyalarına baxmayaraq, polis sonradan bəraət alıb. 2014-cü ilin yayında isə Texasda ağdərili polis 18 yaşlı qaradərili Maykl Braunu güllələyib. Etiraz aksiyaları bu dəfə bütün ABŞ-ı bürüyüb. İrqçilik məsələsi isə prezident kürsüsünə namizədlərin gündəliyinə yol tapıb.
Göründüyü kimi, digər ölkələrə insan haqları və demokratiya məsələsində iradlar bildirən ABŞ siyasiləri, öz gözlərində “tiri” görmək istəmir. ABŞ-da irqçilik və qaradərililərə qarşı amansız münasibət keçmişdə olduğu kimi davam etməkdədir. Demək olar ki, hər gün orada qaradərililərə qarşı zorakılıq və qətl hallarının baş verdiyi barədə xəbərlər yayılmaqdadır. Əvvəllər ABŞ mediası qaradərililərin polislərlə toquşmada öldürüldüyünü qabardırdı ki, buradan da qaradərililərin kriminallığa meyilli olmalarını sərgiləmək niyyəti güdülürdü. Hərçənd ötən həftə polisin azyaşlı qaradərili qıza qarşı zorakılığı və onları adi hovuzda çimmək hüququndan məhrum etməsi ilə bağlı da fakt ortaya çıxdı. Bu barədə yazmışdıq. Bu kimi hallar isə onu göstərir ki, ABŞ-da polis günahsız qaradərililərə qarşı da zorakılıq və qətlə yol verir. Bu azmış kimi, əslində ABŞ cəmiyyətinin özündə irqçiliyin çox kəskin şəkildə qalması və digər zümrələrin qaradərililərə qarşı amansızlığı diqqət çəkir. Cənubi Karolinanın Çarlzton şəhərindəki kilsədə olan 9 qaradərili insanın ağdərili gənc Dylann Roof tərəfindən güllələnməsi bunun bariz sübutudur. Xüsusi irqçi motivlərlə yüklənən həmin gənc 9 qaradərili insanı soyuqqanlı şəkildə qətlə yetirib. Bunu şərh edən Qərb mediası belə, ABŞ-da kuklukslançıların(Qaradərililərə qarşı fəaliyyət göstərmiş terror təşkilatı - İ.A.) artıq yenidən geri döndüyünü yazır. Kilsəyə gedən şəxs, yəqin ki, oğru və ya cinayətkar deyil. Eyni zamanda, onları öldürən də polis deyil, 18 yaşlı ağdərili gəncdir. Onun 9 nəfər afroamerikanı güllələməsi isə əslində ABŞ-da irqçiliklə bağlı “aysberq”in görünən tərəfidir...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info