Britaniyada insan hüquqları sahəsində ciddi pozuntular var
Tarix: 22.06.2015 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Evsizləri cərimələyən, müsəlmanlara qarşı radikal münasibət göstərən London hökuməti “İŞİD”ə qoşulanların qarşısını ala bilmir

Ölkəmizdə keçirilən I Avropa Oyunlarının açılışı ərəfəsində Azərbaycana dost mövqedə olmayan bəzi dairələrin narahatlığının artdığının, son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyasının daha da gücləndiyinin şahidi olduq.
Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəməyən bir mərkəzdən idarə olunan bu qüvvələr uğursuz qarayaxma kampaniyası aparırlar. Qitənin ictimai və mədəni həyatında əlamətdar bir hadisə olmasına baxmayaraq, bəzi dairələr Avropa Oyunlarının əhəmiyyətini azaltmaq, ona ev sahibliyi edən Azərbaycanı gözdən salmaq üçün geniş təbliğat aparır, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları vasitəsi ilə iftira və yalan dolu məlumatlar yayır, müxtəlif aksiyalar təşkil edirlər. Təəssüf ki, Birləşmiş Krallığın media qurumları və QHT-ləri, BBC radiosu, “The Guardian” və “The Independent” qəzetləri, “Platform London” təşkilatı bu istiqamətdə daha çox canfəşanlıq göstərir, böhtan kampaniyası aparanların ön sıralarında dururlar. Bəzi təşkilatlar apardıqları bu kampaniyalarla heç nəyə nail olmadıqları üçün hazırda digər qüsurlar tapmağa çalışırlar. Bunlardan biri kimi Birləşmiş Krallığın Azərbaycandakı səfirinin Britaniya jurnalistlərinin akkreditasiyası ilə açıqlamasını göstərmək olar. Əgər Oyunlarla bağlı ölkəmizdəki şərait onları qane etmirsə, niyə bu gün Britaniya 150-dən artıq idmançı ilə təmsil olunur?
Onu da qeyd edək ki, hazırda Oyunları izləyən kifayət qədər britaniyalı jurnalist var. Bu da bir faktdır ki, Azərbaycanla bağlı müxtəlif qüsurlar axtarmağa çalışanların öz ölkələrində yetərincə çatışmazlıqlar, qüsurlar, problemlər mövcuddur ki, onlardan biri də elə Britaniyadır.

İngiltərə suriyalı
qaçqınlardan imtina edir

Bu gün demokratiya, insan hüquqları, tolerantlıqla bağlı fikirlər səsləndirən İngiltərənin özündə elə bu sahədə problemlər özünü göstərir. Son günlər Suriyadan köçən insanların İngiltərəyə də keçmək istəməsinə baxmayaraq, bu ölkə yalnız 140 suriyalı qaçqın qəbul etdiyini açıqlayıb. Qeyd edək ki, Avropa ölkələri Aralıq dənizi ölkələrindən 20 min qaçqının 28 üzv ölkə arasında bərabər şəkildə paylanması ilə bağlı bir təklifi müzakirə edib. “Kota planı” qaçqın sayının hər ölkənin əhalisi, ÜDM və işsizlik faizlərinə görə müəyyən edilməsini nəzərdə tutur. İngiltərə, Fransa, Macarıstan, Slovakiya və İrlandiya bu təklifə qarşıdır. İngiltərədə aparılan bir araşdırma ingilislərin yarısının Suriyadakı döyüşlərdən qaçaraq onların ölkəsinə sığınmaq istəyənlərin qəbul edilməməsini istəyirlər. 6 mindən çox ingiltərəli arasında aparılan sorğuya görə iştirakçıların 47 faizi ölkələrindəki döyüş və zülmdən qaçan suriyalı qaçqınların İngiltərəyə alınmamasını söyləyib. Eləcə də rəy sorğusunda İngiltərədəki müsəlman cəmiyyətinə münasibətlə bağlı sual yer alıb. İştirakçılardan onları 3 kəlmə ilə ifadə etmələri istənib ki, onlar daha çox müsəlmanlar üçün “narahatlıq yaradan”. “terrorizm”, “qadın düşməni” ifadələr işlədiblər. “İslamic Relief” in İngiltərə şöbəsinin direktoru Cahangir Malik anketin nəticələrinin narahatlıq doğurduğunu bildirib. O, İngiltərədə getdikcə yayılan müsəlmanlara qarşı mənfi münasibətin, qaçqınlarla bağlı olduğunu da deyib. Ötənilki rəy sorğusunda böhran bölgəsindən qaçqınların ölkəyə gəlməsini istəməyənlərin sayı 31 faiz idi. Halbuki 2014-cü ildə İngiltərə suriyalı qaçqınlara qapılarını açacağını demişdi.
Yeri gəlmişkən qeyd edək ki, bu gün “İŞİD” terrorçularının sıralarında çoxlu sayda İngiltərə vətəndaşı vuruşur. İngilis polisi İraq və Suriyada döyüşən terrorçuların tərkibində 700-ə qədər ingilis vətəndaşının olduğunu bildirib.


4 ibtidai məktəbdə
oruca qadağa

İngiltərədə 4 ibtidai məktəbdə Ramazan ayı ərzində müsəlman şagirdlərin oruc tutmaları qadağan edilib. Belə ki, “Lion Academiy” adlı vəqfə aid 4 məktəbdən biri olan Londonun şərqindəki Leyton istiqamətindəki Barclay məktəbi ötən həftə valideynlərə məktub göndərib. Məktəbin müdiri Aaron Vright bildirib ki, “İslam hüququna görə, uşaqların Ramazan ayı ərzində oruc tutmaq məcburiyyəti yoxdur, onlar yetkin yaşda olduqlarında oruc tuta bilərlər”. Britaniya Müsəlman Birliyi isə vəqfin oruc tutma qadağasını qınayaraq islamiyyətin oruc tuta bilməyəcək uşaqları onsuz da qoruduğunu bildirib. Digər 3 məktəb isə Sybourn, Thomas Gamuel və Brook House adlanır.

Küçədəki evsizlərə
1000 avro cəza

Londonda kasıb insanlara da rəhm edilmir. London Böyükşəhər Bələdiyyəsinin tətbiq etdiyi yeni üsullara görə, turistlərin sıx olduğu bölgələrdə qapı qarşısında yatan evsizlər 1000 avro cəza ödəyəcək. Ancaq evsiz və işsiz olan bu insanların cəzanı necə ödəyəcəyi naməlumdur. Sığınacaq problemi ilə bağlı “Shelter” adlı qurumun açıqlamasında isə bildirilir ki, kirayədə qalanlar və ipoteka ilə ev alan 8 min insan evini itirmək riski ilə üz-üzə qalıblar. Londonun şərqində yer alan Nevham, Barking və Dagenhamda 38 evdən biri, Haringey, Levisham və Hackney bölgəsindən hər 45 evdən biri itirilmək təhlükəsi ilə üzləşib. Evlərini itirmək riski daşıyanların ən çox yaşadığı 14 bölgə Londondadır. Ədliyyə Nazirliyinin məlumatına görə, 2014-cü ildə ev kirayəsini ödəmədiyi üçün evindən çıxarılanların sayı ipotekalı evini itirənlərdən daha çoxdur. Nəticədə bu gün Enfielddə hər 21 kirayədəki ailədən biri atılma riski ilə üzbəüzdür.

Londonda polislər
ikinci iş axtarırlar

İngiltərə maaş və gəlir bölgüsünə görə Avropa Birliyinin ən qeyri-bərabər ölkəsi kimi qiymətləndirilib. Belə ki, AB-nin rəsmi qurumu olan Dublin Yaşayış və Çalışma Şərtlərinin Yaxşılaşdırılması Vəqfi tərəfindən hazırlanan hesabatda İngiltərənin əhalinin gəlirləri baxımından AB içərisində ən qeyri-bərabər ölkə olduğu qeyd edilib. İngiltərə İşçi Federasiyasının məsul şəxsi Paul Sellers hökumətin gəlir ədalətsizliyini azaldacaq gücə sahib olduğunu və sendikalara hücum etmək əvəzinə maaşları artırmağı və yeni iş yerləri yaratmağı təklif edir. Qeyd edək ki, ötən 10 il içərisində iki işdə çalışan londonluların sayı 50 faizə yaxın artıb. Ümumilikdə 150 min insan Londonda yaşaya bilmək üçün iki işdə çalışır. Bu rəqəm 10 il öncə 94 min olub. Milli Statistika Ofisinin məlumatına görə iki işdə çalışanların sayı 29 faiz artıb. Qeyd edək ki, iki işdə birdən çalışan insanların 10 min nəfərini aşağı maaşla çalışan xəstə və uşaqlara baxıcılıq edənlər təşkil edir. İşçi Partiyasının rəhbəri Tessa Jovell bildirib ki, bu rəqəm minimum maaşın Londonda yaşamağa imkan vermədiyini göstərir. Maraqlı məqam isə odur ki, Londonda ikinci işə ehtiyac duyanların çoxunu baxıcılıq, pərakəndə və kafe-restoranlarda çalışanlar təşkil edir. Ancaq yanğınsöndürənlər və polislər yaxşı maaş alanlar kimi tanınmasına baxmayaraq, ikinci bir iş axtaran peşə qrupları arasındadırlar. Londonda yaşayan polislərin onda biri rəqs müəllimi, mühafizə təlimçisi kimi işlər görürlər. Eləcə də Londonda çalışan yanğınsöndürənlər ikinci iş olaraq modelyer, mühasib kimi işlərdə çalışırlar.
Onu da qeyd edək ki, bugünlərdə İngiltərə qəzetlərində “Endirim rəzaləti” başlıqlı yazı dərc edilib. Burada göstərilir ki, şəhərin marketlərinin birində toyuq və ət məhsullarının endirim qiymətləri ilə bağlı müştərilər arasında dava yaşanıb. Marketdə yaşanan bu izdiham təəccüblə qarşılanıb. Conny Lester adlı bir müştəri bildirib ki, hadisə Northamptondakı məşhur alış-veriş mərkəzlərindən birində saat 7-də gerçəkləşib və bu hadisədə bəziləri yaralanıb. Lester bildirib ki, bu mağazada hər gecə eyni saatda endirimlə bağlı oxşar görüntü yaşanır: “Görünən odur ki, hər gün eyni mənzərə yaşanır. Yaşlı qadınlar və adamlar ucuz ət məhsulları üçün bir-biri ilə dava edirlər. Arada qalan kiçik uşaqların yaralanmasından narahatam”. Hər halda iqtisadi vəziyyəti yaxşı olan ölkədə əhali ucuz məhsullar uğrunda mübarizə aparmazdılar. Yalnız İngiltərədə mövcud olan problemləri misal göstərməklə həmin ölkələrin öz vəziyyətlərinə diqqət yetirmələrini daha məqsədəuyğun hesab etdik.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info