Serbiyalı idmançı: “Bakı-2015” gələcəkdə digər yarışlara örnək ola bilər”
Tarix: 22.06.2015 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


“İlk Avropa Oyunlarında hər şey ən yüksək səviyyədədir. Bu, dünyada ən səmərəli idman yarışlarından biridir. “Bakı-2015” gələcəkdə digər yarışlara örnək ola bilər”. Bu fikirləri “Palitra”ya özəl açıqlamasında Serbiya idmançısı Milutin Stefanoviç bildirdi.
Serbiyalı idmançı “Bakı-2015”-in açılış mərasiminin də çox gözəl keçdiyini dedi: “Fikrimcə, bir çox ölkələr belə açılışdan nümunə götürə bilərlər. Bu açılışa emosiyasız baxmaq olmurdu. Çox qısa oldu deyə, yorucu olmadı. Amma, həm də təsirli oldu. Maraqlıdır ki, açılışın səhəri günü biz yarışa başlayacaqdıq. Ona görə biz gəlib dincəlməli idik. Amma oradan qayıdandan sonra yatmadıq, bu açılışdan danışdıq”.
Atletlər kəndinin çox geniş olduğunu deyən Milutin Stefanoviç onlar üçün orada pulsuz xidmət göstərildiyini vurğuladı: “Atletlər kəndindən idman meydançalarına rahat şəkildə bizi aparırlar. Mən burada könüllülərin də fəaliyyətini çox yüksək qiymətləndirərdim. Biz şəhərin gəzməli yerlərini görməyə getmişdik. Könüllülər bizə kömək edir və ya istiqamət göstərirdilər. Onlar özləri bizə yaxınlaşıb hər nə köməyin lazım olduğunu təklif edirdilər”.
Onun fikrincə, “Bakı-2015” yarışları bir Avropa bayramıdır: “Bakı-2015” mənim iştirak etdiyim ilk beynəlxalq yarışdır. Mənim Rio Olimpiya Oyunlarında iştirak hüququm da var”.
Milutin Stefanoviç keçən il Qəbələ rayonunda olduğunu bildirdi: “O zaman Bakını gəzə bilməmişdim. Amma bu dəfə Bakını da gəzib dolanmışam. Və gördüm ki, Bakı çox geniş və gözəl şəhərdir. Bakının özünəməxsus sambalı və görünüşü var. Bakı, həm də çox təmiz şəhərdir. Çox nəhəng konstruksiyalı binalar tikilib. Belə desək, Bakı yerində “dayanmır”, ildən-ilə inkişaf edir”.
O, Bakı ilə Belqradın oxşar və fərqli cəhətlərinin olduğunu dedi: “Hər ikisində, demək olar ki, əhali sayı eynidir. Bakıda yeni hündürmərtəbəli binalar çoxdur, Belqradda isə qədim konstruksiyalı tikililər çoxluq təşkil edir. Belqradın bir qədim, bir də yeni hissəsi var. Bakı Belqradın yeni hissəsinə bənzəyir”. Milutin Stefanoviç Azərbaycan mətbəxini də çox bəyənib: “Atletlər kəndində bizə çoxlu yeməklər verilir. Bizə həm Avropa, həm də Azərbaycan yeməkləri təqdim olunur. Amma mən daha çox Azərbaycan yeməklərini yeməyə üstünlük verirəm”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info