“Der Spiegel”: “Avropa Parlamentinin deputatları rüşvətlə işləyir”
Tarix: 22.06.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Nikolay Kvasnevski: “Avropa Parlamentinin bir çox üzvü etiraf edir ki, həvəsləndirici pul müqabilində müəyyən şirkətlərin xeyrinə qanunlar qəbul edilməsinə şərait yaradırlar”

Avropa Parlamenti Azərbaycanla bağlı təşkil etdiyi son dinləmədən sonra özünü tamamilə ifşa etmiş oldu. Qitənin seçilmiş deputalarından təşkil edilən Avropa Parlamenti adlı bir siyasi institut bəzi dairələrin əlində oyuncağa çevrilib. Müəyyən qrup deputatlar bu institutun adından öz maraqları üçün istədikləri kimi istifadə edə bilirlərsə, onda bu təşkilatın nə siyasi çəkisi, nüfuzu ola bilər? 750 deputat yeri olan Avropa Parlamentinin 30-40 deputatı bir araya gələrək hansısa ölkə ilə bağlı dinləmə keçirə və qətnamə qəbul edə bilir. 750 yerlik parlamentin cəmi 30-40 deputatının qəbul etdiyi qətnamə kvorum olmadığı üçün əslində legitim deyil.
Problem ondadır ki, Avropa Parlamenti adlı bir siyasi təşkilat Qərbin müəyyən dairələrinin əlində oyuncağa çevrilərək ayrı-ayrı qrup maraqlarına xidmət edir. Konkret halda Avropa Parlamentinin bəzi üzvləri erməni lobbisi və antiazərbaycan şəbəkənin təsiri və maliyyəsi ilə onlara lazım olan anlarda bir araya gələrək verilən sifarişi yerinə yetirirlər. Ömründə bir dəfə də olsun Azərbaycana səfər etməyən, ölkə ilə bağlı heç bir informasiyası olmayan deputatların Azərbaycandakı vəziyyətlə bağlı dinləmədə iştirak etməsi, münasibət bildirməsi absurddur. Təkcə elə bu fakt Avropa Parlamentinin “iş prinsipi”ni ortaya qoyur. Elə Almaniyanın “Der Spiegel” nəşrində dərc edilən “Avropa Parlamentində lobbizm: siz daha kimlərə işləyirsiniz?” adlı məqalədə də Avropa Parlamentinin həmin “iş prinsipi” ifşa edilir. Müəllif Nikolay Kvasnevski Avropa Parlamenti deputatlarının rüşvət müqabilində fəaliyyətindən yazıb: “Araşdırmalar göstərir ki, Avropa Parlamentinin bir çox üzvü deputatların davranış kodeksinin əleyhinə gedərək, həvəsləndirici pul müqabilində müəyyən şirkətlərin xeyrinə qanunlar qəbul edilməsinə şərait yaradırlar. Qızışan qalmaqal Avropa Parlamentinə etibarı məhv edib. Avropa Parlamentinin bəzi deputatları etiraf ediblər ki, onlar 2011-ci ildə böyük qonorar müqabilində bəzi maliyyə institutlarına sərfəli şəkildə yazılan bankların fəaliyyətinin nizamlanması ilə bağlı qanunun qəbul edilməsinə yardımçı olublar”. Müəllif yazır ki, “Sunday Times” nəşrinin reportyorları özlərini lobbi təşkilatının nümayəndəsi kimi təqdim edərək deputatların necə ələ alındığını üzə çıxarıblar. Bundan sonra pulla ələ almanı çətinləşdirən bəzi qaydalar tətbiq edilib, deputatlar üçün davranış kodeksi, lobbilər üçün şəffaflıq reyestri yaradılıb. “Der Spiegel” yazır ki, “Friends of the Earth Europe”, “Corporate Europe Observatory”, “ Europe Observatory” və “LobbyControl” adlı QHT-lər Avropa İttifaqı səviyyəsində lobbi fəaliyyətlərini araşdırmaqla məşğuldur: “Yeni kodeksdən sonra ötən il Avropa Parlamentinin yeni deputatları seçilib. Amma belə görünür ki, heç nə dəyişməyib. “LobbyControl” təşkilatının nümayəndəsi Nina Katçemix qəbul edilən kodeksdə xeyli çatışmazlıqlar olduğunu bildirib”.

Həm Avropa Parlamentinin deputatı, həm də RWE şirkətinin əməkdaşı
Nəşr daha sonra 16 il Binqen-Reyn şəhərinin rəhbəri olmuş Birqit Kollin Lanqenlə bağlı məsələni yada sılıb: “16 il şəhərə rəhbərlik etdikdən sonra Lanqen 2012-ci ildə Xristan Demokratların nümayəndəsi kimi Avropa Parlamentinə seçilib. Eyni zamanda Avropanın ən böyük qaz şirkəti olan RWE-nin məsləhət şurasındakı yerini də saxlayıb. Avropa Parlamentində isə iqlim məsələləri ilə məşğul olan ətraf mühitin mühafizəsi ilə bağlı komitənin üzvü olub. Komitə 2015-ci ilin yanvar ayında karbon qazı tullantılarının ətrafa atılması, sertifikatlaşması, ehtiyatın yaradılması və ticarəti ilə bağlı hesabat yaydıqdan dərhal sonra Kollin-Laqen hesabata dəyişikliklə bağlı bir neçə düzəliş təqdim edib. Həmin təkliflərdən biri pulsuz çirklənmə yerləri əldə etməklə bağlı olub ki, bu da birbaşa RWE şirkətinin mövqeyidir. Deputat maraqların münaqişəsi ilə bağlı ittihamları rədd edib. Deputatın sözlərinə görə, şirkətlə əməkdaşlığı ona ildə 6 min avrodan az qazanc gətirir”.

Keçmiş baş nazir olan deputat 9 şirkətdən
qonorar alır

Nəşr yazır ki, onun bu qazancını Qi Verxofstadın qazancı ilə müqayisə etmək mümkün deyil: “9 il Belçikanın baş naziri postunu tutmuş Verxofstad 2009-cu ildə Avropa Parlamentinin deputatı seçilib. 62 yaşlı deputatın Avropa İttifaqı səviyyəsində böyük təsir imkanları var. Bu isə ona ən azı 9 yerdən əlavə qazanc gətirib. Maliyyə hesabatına görə, 2013-cü ildə “Sofina” investisiya şirkəti onun hesabına 130 min 500 avro, Hollandiyanın APG sığorta şirkəti 43 min avro, “Exmar” gəmiqayırma şirkəti isə xidmətlərinin müqabilində 60 min avro köçürüb. O da iddiaları rədd edərək, şirkətlərin fəaliyyətinə görə operativ məsuliyyət daşımadığını, sadəcə nəzarət funksiyası yerinə yetirdiyini qeyd edib”. 750 deputatın sadəcə 10-u ilə bağlı aparılan araşdırma onların hər birinin şirkətlərlə, lobbilərlə əlaqəsini üzə çıxarıb. Maraqlıdır ki, həmin deputatların Avropa Parlamentində məşğul olduğu sahələr ikinci iş yeri kimi seçdikləri sahə ilə üst-üstə düşür. Ona görə də “LobbyControl” təşkilatı deputatların ikinci iş yeri kimi şirkətlərlə əməkdaşlığının tamamilə qadağan edilməsini tələb edir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info