“Bakı-2015”-in arenalarında şəkil çəkməyə maraqlı mənzərələr var”
Tarix: 22.06.2015 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Hazırda İlk Avropa Oyunları ölkəmizə gələn əcnəbi jurnalistlər vasitəsilə dünya mediasında da işıqlandırılır. Eyni zamanda əcnəbi fotoqraf jurnalistlər də bu Oyunlardan şəkillər çəkib müxtəlif ölkələrdə yayımlayırlar.
Slovakiyanın “Tasr” xəbər agentliyinin fotoqraf jurnalisti Martin Baumann bu baxımdan Bakıda gördüyü işlərdən qəzetimizə danışdı. Martin Baumann öncə “Bakı-2015”-in təşkilatçılığından razılıq etdi: “Çox yaxşı qayda-qanun qurulub. Jurnalistləri hara lazımsa nəqliyyatla problemsiz aparırlar. Biz Mingəçevirə də getdik. Orada da bizi çox gözəl qarşıladılar. Hər nə lazımsa kömək etdilər. Avarçəkmə oyunları ilə fotoçəkimlər etdik. Sonradan nəqliyyatla bizi yenidən Bakıya gətirdilər”.
Həmsöhbətimiz bütün yarış arenalarının çox gözəl olduğunu dedi: “Bu arenaların hər birində fotoqraf jurnalist üçün çəkməyə maraqlı mənzərələr var. Hiss olunur ki, sizdə güləşə çox maraq var. Görünür, güləş sizin milli idman yarışıdır deyə, bu idman növünə azarkeş daha çox gəlir. Belə olanda biz də çox maraqlı şəkillər çəkirik”.
Martin Baumann Atletlər kəndində də onlara lazımi şəraitin yaradıldığını bildirdi: “Biz çəkilişlərimizi bitirəndən sonra avtobuslarla Atletlər kəndinə gedirik. Yeməklərimiz, qalmaq şəraitimiz, xidmət yüksək səviyyədədir. Mən bütün bunları çox yüksək qiymətləndirirəm. Onu da deyim ki, bu Oyunlar zamanı yeni dostlar tapıram. İnanıram ki, belə dostlarımın olması gələcəkdə istər Azərbaycan, istərsə də başqa ölkələrlə əlaqələrimin daha da genişlənməsinə kömək olacaq”.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info