Gəncə şəhər Şagird Parlamentinin üzvləri Beynəlxalq layihədə
Tarix: 22.06.2015 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Avropa Gənclər Paytaxtı Gəncə 2016 təşkilatı ilə əməkdaşlıq edən Şagird Parlamenti Gəncə şəhəri üçün xidmətlərini davam etdirir. Belə ki, Gəncə şəhərində AGP 2015 Ruminiyanın Cluj şəhəri ilə canlı bağlantı olub. Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, AGP Gəncə 2016 Təşkilatının idarə heyəti, Gəncə şəhər Şagird Parlamentinin sədri Valeh Əsədov, Şagird Parlamentinin idarə heyəti və AGP 2016 Könüllüləri canlı bağlantıda iştirak ediblər. Bağlantıda Cluj gəncləri ilə danışıq aparılıb. "Cluj Heç Vaxt Yatmır" adlı layihədə Gəncə gəncləri fəal iştirak edərək , öz bacarıqlarını nümayiş etdiriblər. Maraqlı layihə zamanı diskusiyalar aparılıb, təkliflər dinlənilib və müxtəlif tip əyləncə kəsb edən oyunlar həyata keçirilib. Qeyd edək ki,Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Gəncə şəhərində yeritdiyi uğurlu gənclər siyasəti nəticəsində Gəncə şəhəri 2013-cü ildə keçirilən Avropa Gənclər Paytaxtları Baş Assambleyası tərəfindən 2016 Avropa Gənclər Paytaxtı statusunu qazanıb. Gəncə gəncliyinin hazırda çiçəklənən dövrünü yaşaması da məhz Elmar Vəliyevin adı ilə bağlıdır. Sonda bildirək ki, Gəncə şəhərinin beynəlxalq layihələrdə gənclərlə təmsil olunması buna əyani sübutdur. Gəncə şəhərində Gənclər üçün yaradılan infrastruktur da bunu deməyə təkan verir.
Nigar Gəncəli




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info