“Oyunların başladığı andan indiyədək ən yüksək tamaşaçı rekordu qeydə alındı”
Tarix: 22.06.2015 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Avropa Oyunları tədricən nəhəng idman yarışına çevriləcək. Oyunlar ərzində dünyaya gözəl təsvirlər yayılıb. Bakının əsrarəngizliyi, İçərişəhərin gözəlliyi dünyaya işıq saçıb.
Bu sözləri iyunun 22-də “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iyunun 21-nin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Oyunların on birinci günündə gözəl idman tədbirlərinin təşkil olunduğunu bildirən Saymon Kleq Milli Olimpiya Stadionunda atletika üzrə yarışlara iyirmi iki mindən çox tamaşaçının toplaşdığını qeyd edib. Şose velosipedi üzrə yarışların başa çatdığını söyləyən əməliyyatlar üzər baş direktor, Heydər Əliyev adına İdman Sarayında da sambodan digər idman növünə keçid prosesinin uğurla tamamlandığını bildirərək deyib: “Birinci Avropa Oyunları Olimpiya və qeyri-olimpiya oyunlarının vəhdətidir. Ötən gün 48 min 811 tamaşaçı Oyunları izləmək üçün arenalara gəlib. Bu, Oyunların başladığı andan indiyədək ən yüksək rekord deməkdir. Su İdmanı Sarayında ən çox tamaşaçı kütləsi müşahidə edilib. Bəzi idman növləri üzrə biz əlavə biletlər satışa çıxardıq. Biz bəzi məkanlarda əlavə məkanlar açdıq. Oyunların bu məqamında tədricən daha çox atlet Bakını tərk etməkdədir. Bu gün 304 rəsmi, 1288 atlet Azərbaycanı tərk edəcək.
Məşəlçilərin fədakar əməyini xüsusi qeyd etmək istəyirəm. Onlar öz işlərini yüksək peşəkarlıqla həyata keçiriblər. Bu insanlar doğrudan da Oyunların uğuruna xüsusi töhfə veriblər. Biz Olimpiya Oyunlarını təkrarlamaq istəmirik. Avropa Oyunları yeni yaradıcı yanaşmadır. Nəqliyyat sistemi yüksək səviyyədə əhaliyə və atletlərə xidmət etməkdədir. Atletlər vaxtında yarış meydançasına yetişə bilirlər. Ötən on bir gündə artıq 1100 atlet medal qazanıb. Azərbaycan medal sırasında ikinci yerdədir. İyunun 22-də arenalara 40 min tamaşaçı axınını gözləyirik. Bakı küləklər şəhəri adını tam doğruldur. Lakin bu, yarışlar üçün çətinlik törətməyəcək. İdman çılğın hisslərlə bağlıdır. İdmançıları dəstəkləməyə gələn tamaşaçılar çılğın ola bilər, lakin bu günədək heç bir qanun pozuntusu qeydə alınmayıb”.
Yayım məsələlərində yüksək nailiyyətlərin əldə olunduğunu dilə gətirən Saymon Kleq bildirib ki, tamaşaçıların Oyunlara çox böyük marağı var: “Bizim müəyyən ehtiyat planlarımız mövcuddur. Müqəddəs Ramazan ayı çərçivəsində Oyunlar vaxtında keçirilir”.
Rumıniyanın basketbol üzrə 3x3 milli yığma komandasının kapitanı Angel Santana birinci Avropa Oyunlarında ölkəsinin iştirakından məmnunluğunu dilə gətirib. Təşkilatçılara yarışların yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən Angel Santana 3x3 basketbolun son dövrlərdə daha mütəşəkkil forma aldığını vurğulayaraq deyib: “Düşünürəm ki, 3x3 basketbola birinci Avropa Oyunlarından sonra maraq daha da artacaq. Biz Bakıda olduğumuz müddətdə keçirdiyimiz xoş vaxtdan məmnunuq. Şəhər çox gözəldir. Birinci Avropa Oyunları idmançıların gördükləri ən yüksək səviyyədəki Oyunlardır. İnsanlarınız mehriban və qonaqpərvərdirlər. İnsanların çöhrəsində xoş təbəssüm hiss olunur. Azərbaycan komandası çox güclüdür. Avropa çempionatından əvvəl görüşmüşdük. Gördüklərimə və müşahidələrimə əsasən deyə bilərəm ki, bu Oyunlar müsbət təcrübə olub. Gözəl Avropa Oyunları təqdim edilib. Belə bir əhəmiyyətli idman yarışlarında basketbol üzrə ənənələri olan ölkələr daha yüksək nəticə göstərəcəklər”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info