“The Guardian” Londondakı kütləvi aksiya iştirakçılarını lağa qoydu
Tarix: 22.06.2015 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


“The Guardian” kimi media qurumları üçün ölkələrində insan hüquqlarının pozulmasının, kütləvi sosial problemlərin qabardılması sərfəli deyil

Ötən hətfə sonu Londonun mərkəzində kütləvi etiraz aksiyaları keçirildi. Bu barədə “Euronews” bildirir. Qeyd edilir ki, 250 min nəfərə qədər aksiya iştirakçısı Britaniyadakı müxtəlif sosial problemlərə qarşı öz etirazlarını ifadə etmək üçün London küçələrinə çıxıblar. Əllərində plakat və posterlər yelləyən etirazçılar İngiltərə Bankının ətrafına toplaşıblar. Onlar öz yürüşlərini ölkənin maliyyə rayonundan başlayıblar və Vestminsterdəki Parlament Meydanına doğru yürüyüblər.
Dövlət kəsirlərinin həllinə yönəlmiş tədbirlərə qarşı ümidsizlik və etimadsızlıq ifadə edilib. Həmin tədbirlər 2008-ci ildəki maliyyə böhranı zamanı bankların çətinliklərdən xilas edilməsindən sonra daha da geniş vüsət alıb.

“The Guardian” kimi qurumlar başqa funksiya yerinə yetirirlər – öz ölkələrində keçirilən bu cür etiraz aksiyalarının mahiyyətini təhrif etmək və sifarişli bir şəkildə digər ölkələrdə baş verən prosesləri də bunun davamı olaraq təhrif olunmuş bir şəkildə, yalanlarla “işıqlandırmaq”

Nümayişçilərdən biri deyib: “Belə görünür ki, hökumət iş axtaran gənc insanların gəlirlərinin kəsilməsində həddindən artıq maraqlıdır”. Başqa birisi isə belə qeyd edib: “Ölkənin aşağılarından və yuxarılarından olan xeyli sayda insan burdadır. Çünki onlar yetərincə asketikliyə, kəsirlərə və özəlləşdirməyə məruz qalıblar”.
Bildirilir ki, etirazçılar arasında müxtəlif məsələlər və sahələr üzrə ixtisarlara etiraz edənlər olub. Məsələn, ruhi sağlamlıq xidməti ilə bağlı hökumətin maliyyə ixtisarlarına narazılıq ifadə olunub , yaxud vegeterianlığa dəstək verilmədiyi, miqrantların hüquqlarının pozulduğu, təhsil problemləri ilə bağlı şüarlar səsləndirilib və narazılıq ifadə edilib. Bütün bu etirazların əsas qayəsi müxtəlif sahələrə aid maliyyə kəsirlərinin baş verməsi ilə bağlı olub. Yəni problemlərin başında maliyyə ixtisarlarının gəldiyi bildirilir.

Adıçəkilən media qurumu 250 minlik, ölkənin ən müxtəlif yerlərindən gəlmiş qəzəbli etirazçılardan formalaşmış aksiyanı “gənclərin aksiyası” adı altında önəmsizləməsi və macəraxataran gənclərin şıltaqlığına eyham vurması da Britaniyada medianın necə “obyektiv” və “azad” olduğunu bir daha ortaya qoymuş olur. Belə çıxır ki, “The Guardian” , eləcə də BBC kimi media qurumları öz ölkələrinin gündəmini ciddi şəkildə təhrif edirlər

Qeyd edilir ki, Britaniyanın Mühafizəkarlar Partiyası ötən ay gözlənilmədən milli seçkilərdə çoxluğun səsini qazandı. Onlar ölkənin kəsirlərini azaltmağa yönəlmiş koalisiya qurdular. Maliyyə naziri Corc Osborn indi deyir ki, bu il əlavə ixtisarlara getmək istəyir. Hökumət həm də sosial təhlükəsizliyə aid xərcləmələri azaltmaq istəyir.
Göründüyü kimi, bu gün Qərbi Avropanın əsas dövlətlərindən olan Böyük Britaniya ciddi sosial böhranlar yaşayan və buna görə kütləvi etirazlara düçar olan ölkələrdən birinə çevrilib. Bu etiraz aksiyalarında sosial problemlərdən tutmuş, insan haqlarının pozulmasına qədər şüarlar səsləndirilməsi də ondan xəbər verir ki, ölkədə sosial-iqtisadi vəziyyət heç də ürəkaçan deyil.Məsələ orasındadır ki, bu gün Böyük Britaniya media qurumları və təşkilatları digər ölkələrdə insan haqları ilə bağlı problemlər axtarmağa, onları qabartmağa çalışırlar. Amma fakt budur ki, həmin ölkədə sosial və insan haqları ilə bağlı problemlər, miqrantların haqlarının pozulması tüğyan edir. Amma bu ölkənin media qurumları həmin faktları nəinki dolğun şəkildə işıqlandırmır, hətta keçirilən etiraz aksiyasına “ekzotik” çalarlar qatmaqla, onun sosial mahiyyətini təhrif etməyə çalışırlar. Məsələn, “erməni genosidi”nin ildönümü ərəfəsində ifrat ermənipərəst mövqedən çıxış edən, Türkiyəni və hətta Azərbaycanı bu məsələdə günahlandıran, ilk Avropa Oyunlarının bizdə keçirilməsindən qıcıqlanıb, ölkəmizdə “insan haqları ilə bağlı” problemlər axtaran “The Guardian” kimi Britaniya media qurumları nədənsə “öz gözlərində tirləri” görməyiblər.

Britaniyada sosial və insan haqları ilə bağlı problemlər tüğyan edir. Amma bu ölkənin media qurumları həmin faktları nəinki dolğun şəkildə işıqlandırmır, hətta keçirilən etiraz aksiyasına “ekzotik” çalarlar qatmaqla, onun sosial mahiyyətini təhrif etməyə çalışırlar

“The Guardian” keçirilən böyük etiraz aksiyasının mahiyyətini təhrif edərək, onu yalnız “müxtəlif qruplar tərəfindən müxtəlif şüarlar” səsləndirilməsi və “ekzotik” lozunqların aksiyada yer alması (“The Guardian” aksiyanı gözdən salmağa hesablanmış bu cür lozunqları məqsədli şəkildə qabartsa da, ədəbsizlyinə görə biz həmin lozunqları bu yazıda vermirik – İ.A.) kimi qələmə verib. Adıçəkilən media qurumu 250 minlik, ölkənin ən müxtəlif yerlərindən gəlmiş qəzəbli etirazçılardan formalaşmış aksiyanı “gənclərin aksiyası” adı altında önəmsizləməsi və macəraxataran gənclərin şıltaqlığına eyham vurması da Britaniyada medianın necə “obyektiv” və “azad” olduğunu bir daha ortaya qoymuş olur. Belə çıxır ki, “The Guardian” , eləcə də BBC kimi media qurumları öz ölkələrinin gündəmini ciddi şəkildə təhrif edirlər. Onlar üçün ölkələrində insan hüquqlarının pozulmasının, kütləvi sosial problemlərin qabardılması sərfəli deyil. Onlar başqa funksiya yerinə yetirirlər – bu cür aksiyaların mahiyyətini təhrif etmək və sifarişli bir şəkildə digər ölkələrdə baş verən prosesləri də bunun davamı olaraq təhrif olunmuş bir şəkildə, yalanlarla “işıqlandırmaq”!

İlkin AĞAYEV













 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info