ABŞ və Kanada 95 milyon hindunu məhv edib
Tarix: 22.06.2015 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Hinduların kökünü kəsən cinayətkarlar isə ABŞ və Kanada tərəfindən milli qəhrəman hesab edilir

Amerikanın aborigen əhalisi olan hindular demək olar ki, qitəyə köçmüş avropalılar tərəfindən tamamilə qırılıb məhv ediliblər. Onları qırıb kökünü kəsən cinayətkarlar isə indi də ABŞ və Kanada tərəfindən milli qəhrəman hesab edilir. Bu isə Şimali Amerikanın mərd aborigenlərinə görə çox əzabvericidir ki, bu qətllərin milli əlamətlərə görə baş verdiyinin üstündən sükutla keçilir. Bu barədə “oppps.ru” saytı yazır.
Qeyd edilir ki, hamı yəhudilərin Holokost qırğını ilə bağlı bilsə də, hindilərin qırğını barəsində vəziyyət belə deyil. Halbuki bu qırğın məhz soyqırımı sayılmalıdır. İnsanları ona görə qırıblar ki, onlar hindi olublar. Amerikaya ayaq açılandan 50 ildən də çox bir müddətdə yerliləri insan yerinə qoymayıblar. Onlarla heyvanlar kimi davranıblar. Belə əsas gətirilib: “Hindilər Bibliyada xatırlanmır. Ona görə də onlar “yoxdurlar”.
“Beş yüz illik müharibə” kimi tanınan hindi “Holokostu” nəticəsində indiki ABŞ, Kanada ərazisində 114 milyonluq yerli əhalidən 95 milyonu qırılıb. Qeyd edilir ki, Hitlerin konsentrasiya olunmuş düşərgələrlə bağlı konsepsiyası xeyli dərəcədə onun ingilis dilini və Birləşmiş Ştatların tarixini öyrənməsinə borcludur. Hitler Cənubi Afrikada burlar, vəhşi Qərbdə isə hindilər üçün düşərgələrə heyran olub və öz yaxın ətrafına ABŞ-ın yerli əhalisinin - qul olmayan, əsir kimi boyun əyməyən “qırmızı vəhşilərin” qeyri-bərabər döyüşlərdə və aclıqdan tələf olmasını alqışlayıb və vəsf edib.
Qeyd edilir ki, ABŞ BMT-nin genosidlə bağlı konvensiyasını ratifikasiya etməkdən imtina edib. Çünki bu konvensiyadakı prinsiplərə görə, genosidin çoxlu sayda aspektləri Şimali Amerikanın yerli xalqlarına qarşı törədilib.
Amerikan genosid siyasəti özündə bunları ehtiva edir: kütləvi qırğın, doğma yerlərdən zorla köçürmə, azadlıqlardan məhrumetmə, bioloji müharibələr, fərqli dəyərlərin yayılması, yerli qadınların məcburi cərrahi yolla sterilləşdirilməsi, dini-milli adətlərin keçirilməsinin qadağan edilməsi və sair.
Şimali Amerika hindilərinin problemlərinin “kökündən həlli” sonralar yəhudi Holokostu və Cənubi Afrika aparteidi üçün model rolunu oynayıb.
Qeyd edilir ki, bu soyqırımı haqqında informasiya məqsədli olaraq biliklər bazasından və Şimali Amerikanın indiki əhalisinin şüurundan kənarlaşdırılıb. Orada məktəblilərə hələ də öyrədilir ki, guya Şimali Amerikanın böyük əraziləri məskunlaşmayıb. Halbuki avropalılar gələnə qədər orada amerikan hinduların şəhərləri tərəqqi etmişdi. Mexikoda, Avropann istənilən şəhərindən daha çox insan yaşayırdı. İnsanlar sağlam və tox idilər. İlk avropalılar məğlub oldular. Yerli əhalinin becərdiyi kənd təsərrüfatı məhsulları beynəlxalq səviyyədə tanındı.

Amerikan genosid siyasəti özündə bunları ehtiva edir: kütləvi qırğın, doğma yerlərdən zorla köçürmə, azadlıqlardan məhrumetmə, bioloji müharibələr, fərqli dəyərlərin yayılması, yerli qadınların məcburi cərrahi yolla sterilləşdirilməsi, dini-milli adətlərin keçirilməsinin qadağan edilməsi və sair

Qeyd edilir ki, Almaniyanın Holokostu etiraf etməsindən fərqli olaraq Şimali Amerika hindilərin soyqırımını tanımaqdan imtina edir. Şimali Amerikanın hakimiyyətləri etiraf etməkdən qaçırlar ki, yerli əhalinin əsas hissəsinin məhv edilməsi ilə bağlı plan həyata keçirilib və indi də bu plan qalır.
Daha sonra yazıda amerikan əsgərlərinin yaxın keçmişdə - 19-cu əsrdə belə hindi yaşayış məskənlərini ən qəddar şəkildə topa tutduqları, qadın və uşaqların, bütün əhalinin amansızlıqla və son nəfərə qədər qətlə yetirilməsi, qulaq, burun və baş dərilərinin qoparılması, insanlara nümayiş etdirilməsi barədə faktlar sadalanır: “İndi ABŞ hansısa xalqı rifaha çatdırmaq barəsində bəyanatlar verəndə, unutmaq lazım deyil ki, əslində ABŞ özü belə yerlərdə cəmdəyin iylənməsinin səbəbidir”.
Qeyd edək ki, bu faktlara aid mənbə D.Stennardın “Amerikan Holokostu” (Oxford Press, 1992) əsəridir.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info