10 və daha artıq uşağı olanlara “Qəhrəman ana” statusu veriləcək
Tarix: 29.01.2013 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Azərbaycanda 10 və daha çox uşağı, o cümlədən övladlığa götürülmüş uşaqları olan, onları 18 yaşınadək tərbiyə edən qadınlar “Qəhrəman ana” hesab olunacaqlar. Bu, Milli Məclisdə yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində nəzərdə tutulub.
Qanuna əsasən, “Qəhrəman ana” adı veriləndə mütləq valideynin öz vəzifələrini layiqincə yerinə yetirməsi, uşağın tərbiyəsi və təhsili üçün əlverişli şərait yaratması, uşaqda yüksək əxlaqi-mənəvi keyfiyyətlərin formalaşdırılması və sair nəzərə alınmalıdır. Qanun qüvvəyə mindiyi təqdirdə “Qəhrəman ana”lar bir sıra güzəştlər əldə edəcəklər. Hazırda güzəştlərin nədən ibarət olacağı müzakirə olunur. Layihədə “Qəhrəman ana”lara birdəfəlik yüksək məbləğdə pul mükafatının verilməsi təklif olunur. Qeyd olunan imtiyaz və güzəştlərin valideyn hüququndan məhrum edilmiş valideynlərə və valideyn himayəsindən məhrum edilmiş uşaqlara, dövlət təminatında olan uşaqlara şamil olunmaması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info