Azərbaycan Qazaxıstandan teplovoz almaq niyyətindədir
Tarix: 23.06.2015 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində "Qazaxıstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Bayırcan Urınbasarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Milli.Az bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Sonra Azərbaycan Dəmir Yolunun lokomotiv parkının yenilənməsi istiqamətində gələcəkdə Qazaxıstandan manevr teplovozlarının alınması, dəmiryol sahəsinin inkişaf etdirilməsi, tranzit yüklərin həcminin artırılması məsələləri müzakirə olunub.
Görüşdə "Qazaxıstan Dəmir Yolları" SC-nin vitse-prezidenti Bayırcan Urınbasarov və "Qazaxıstan İnkişaf Bankı" Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədr müavini Kanat Dosmukametov çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
Milli.Az




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturu yenidən qurulur
24.09.2018
Neftin qiyməti 100 dollara yüksələcək
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info