Alman seçicinin Merkelə sualı: Siz demokratiyanı pula niyə satdınız?
Tarix: 23.06.2015 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Qərbin demokratiya anlayışı ilə manipulyasiya cəhdlərini, diktaturaları “demokratiya” nümunəsi kimi, demokratiya nümunələrini isə “diktatura” kimi qələmə vermək cəhdlərini, bu məqsədlə bütün təbliğat arsenalını necə məharətlə işə salmasını dəfələrlə müşahidə etmişik.
Misal üçün, Misirdə ümumxalq səsverməsi yolu ilə prezident seçilmiş “Müsəlman qardaşları”nın lideri Məhəmməd Mursi Qərbin dəstəyi ilə hərbçilər tərəfindən devrildi. Nə qədər paradokslu görünsə də, hakimiyyət çevrilişi Qərb ölkələri tərəfindən tanındı. Bu sırada olan Avropanın “demokratiya carçısı” Almaniya da atdığı addımlarla, yeritdiyi siyasətlə bir daha sübut etdi ki, onun üçün “ədalət” anlayışı şəxsi maraqlarıdır, yalnız biznesdir(Trend).
Beynəlxalq teleşirkətin ərəb xidmətinin əməkdaşı Əhməd Mənsurun Misir rəhbərliyinin müraciəti ilə Berlin Hava Limanında həbs olunması buna bariz nümunədir. Başqa vaxt Qərb dövlətləri və siyasətçiləri müxtəlif dövlətlərə qarşı barışmaz mövqe nümayiş etdirir və “insan haqları”, “demokratiya” amilindən yararlanmağa çalışırlar. Bəs niyə indi Almaniya hökuməti və ona rəhbərlik edən Angela Merkel demokratiya və insan haqları dəyərlərini bu qədər hörmətdən salır? Niyə görə onlar elan etdikləri prinsiplərə bu qədər etinasız yanaşırlar, özlərinə sərf edəndə, “insan haqları”, “demokratiya” məsələlərini qaldırır, etməyəndə isə hər şeyi “unudurlar”? Buradan görünür ki, həmin Qərb dövlətləri və siyasətçiləri üçün öz maraqları, mənfəətləri hər şeydən üstündür. Bunun üçün onlar istənilən an elan etdikləri dəyərləri tapdalamağa hazırdırlar... Necə ki, biz bunu Angela Merkel və Almaniyanın timsalında gördük. Hər halda xanım Angela Merkel alman seçicilərinin çətin sualına cavab verməli olacaq : Sən biz almanların demokratiyasını niyə pula satdın?!




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Myanmada torpaq sürüşmәsi nәticәsindә hәlak olanların sayı 69 nәfәrә çatıb
17.08.2019
Çin tarixdə ilk dəfə olaraq kosmosa 3 peyk göndərib
17.08.2019
ABŞ və Gürcüstan arasında hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq
17.08.2019
ABŞ Prezidenti Cammu və Kəşmir məsələsinin dialoq yolu ilə həllinə çağırıb
17.08.2019
Bəşər Əsədin əmisi oğlu: soyadımız Vəhş idi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info