“ABŞ əhalisinin yarıdan çoxu Obamanın xarici siyasətindən narazıdır”
Tarix: 23.06.2015 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


“Bir müddət bundan əvvəl, ABŞ Konqresinin milli təhlükəsizlik komissiyası Sülh İnstitutu ilə birgə Pentaqonun hesabatını analiz edərək belə bir qərara gəlmişdi ki, prezident Barak Obamanın hazırkı siyasəti Birləşmiş Ştatların suverenlik və təhlükəsizliyinə birbaşa təhlükədir. Bəlkə də, məhz elə bunun nəticəsidir ki, hazırda Amerika əhalisinin yarıdan çoxu Obamanın yürütdüyü xarici siyasətdən narazıdır. Təbii ki, bu da əsassız deyil. Vaşinqtonun Moskva ilə əlaqələrə xitam verməsi, nüvə silahları ilə əlaqədar bu ölkəni “cəzalandırmaq” istəyi sonda fəlakətlə
nəticələnə bilər”.

Bu fikirləri Moskvada fəaliyyət göstərən Amerika Universitetinin prezidenti, ictimai xadim və publisist Eduard Lozinski “The Nation” nəşrinə yazdığı məqalədə qeyd edib. O, iddia edib ki, Vaşinqton və Moskva nüvə silahı təhlükəsizliyi ilə bağlı dialoqa qayıtmasa, dünyanı böyük fəlakətlər gözləyir. Lozinskiyə görə, artıq iki ölkə arasında ziddiyyət kritik nöqtəyə çatıb. Birləşmiş Ştatlar Rusiyanı qısa və orta mənzilli raketlərin ləğv edilməsi haqqında müqaviləni pozmaqda ittiham etsə də, Moskvanın da NATO-nu de-fakto Avropada adi silahlı qüvvələr haqqında müqaviləni pozmaqda ittiham etməyə əsası var. Bundan əlavə, Vaşinqton dəfələrlə strateji raketlərdən müdafiə sistemlərini Avropada yerləşdirmək planları barədə elanlar verib. Lozinskinin fikrincə, bütün bunların nəticəsində yeni və daha gözlənilməz nüvə silahlanma yarışı başlana bilər: “Təhlükəli ssenaridən qaçmaq üçün ABŞ və Rusiya ekspertləri arasında hər iki tərəf üçün məqbul olan optimal variant tapmaq lazımdır. Lakin belə bir variantın baş tutacağı hələ də real görünmür”. Lozinski xatırladır ki, iki ölkə arasında münasibətlərin "yenidən yüklənməsi" dövründə - Barak Obamanın ilk prezidentlik dövründə 21 işçi qrupu yaradılmışdı. Ekspert qruplarının əsas işi silahlara nəzarət, kibertəhlükəsizlik və hərbi əməkdaşlıq kimi sahələri əhatə edirdi. Ukraynada baş verən böhrana görə, qanunverici orqanın təzyiqi altında Obamanın Rusiyanı "cəzalandırmaq" istəyi, demək olar ki, bütün sahələrdə iş prosesini dondurmaq əmri verməyə məcbur etdi: “Bu, çox mübahisəli bir addım idi. Belə bir addımın atılması, təkcə Rusiyaya deyil, başda ABŞ olmaqla onun müttəfiqlərinə qarşı da təsirsiz ötüçməyəcək”. Hazırda nüvə sahəsi üzrə amerikalı fiziklər Rusiya ilə işgüzar əlaqələrə xitam verilməsini təhlükəli addım kimi xarakterizə edirlər. Onlar nüvə təhlükəsizliyindəki uzunmüddətli problemləri, nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükəsi kimi məsələləri nəzərə alaraq, Rusiya ilə bu sahədə əməkdaşlıq etməyi zəruri hesab edirlər. Onlar iddia edirlər ki, qarşılıqlı dialoq nüvə silahlarının yayılmasının qarşısını almağa kömək edə bilər. Məqalə müəllifinə görə, həyati önəm kəsb edən məsələlərlə bağlı sadə amerikalıların fikrini öyrənmək vacibdir. Lozinski nümunə kimi ABŞ-da keçirilən ictimai rəy sorğusunun nəticələrini göstərib. Həmin rəy sorğusunda iştirak edən respondentlərin yalnız 38 faizi Barak Obamanın xarici siyasətinə dəstək verib. Sorğuda iştirak edən respondentlərin 51 faizi Obamanın xarici siyasətindən narazılıq ifadə edib
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info