“Azərbaycanın artan nüfuzu və qüdrəti erməni lobbisini narahat edir”
Tarix: 23.06.2015 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


“Azərbaycanın dünyada artan nüfuzu və qüdrəti, müxtəlif dairələrin qarayaxma kampaniyasına baxmayaraq, I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi erməni lobbisini olduqca narahat edir”.
Bunu “Trend”ə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib. ABŞ-dakı erməni gəncləri assosiasiyasının Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu qarşısındakı aksiyasını şərh edən N.Ağayev bildirib ki, Baş Konsulluğumuz qarşısında keçirilən bu aksiya erməni lobbisinin nə qədər böyük çaşqınlıq və ümidsizlik içində olmasından xəbər verir. N. Ağayev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin dünyada getdikcə daha da ifşa olunması erməni lobbisini təşvişə salır: “Xüsusilə, Avropa İnsan Haqları Məhkəməsinin bu işğal və etnik təmizləmə ilə bağlı son qərarı erməni lobbisi üçün soyuq duş effekti yaradıb. Buna görə də, Ermənistan hökumətinin sifarişlərini yerinə yetirən erməni lobbisi bu məhkəmə qərarından, eləcə də Ermənistanın korrupsioner hökumətinin fəaliyyəti nəticəsində ölkədə insan haqlarının kobud şəkildə pozulmasından diqqəti yayındırmaq üçün belə gülünc addımlara əl atır. Ancaq erməni lobbisi bununla heç nəyə nail olmayacağını anlamalıdır”. Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi daha əvvəl “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə Ermənistanın Azərbaycan torpaqlarını işğalına görə beynəlxalq məsuliyyət daşıdığını təsdiq edib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info